QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə454/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   450   451   452   453   454   455   456   457   ...   1096
İQLİM MÖVSÜMLƏRİ – ilin özünün iqlim xüsusiyyətlərinə görə 

dövrlərə bölünməsi. Mülayim iqlim şəraitində adətən 4 mövsüm (yaz, 

yay, payız, qış) ayrılır. Fenologiya və ekologiyada daha xırda bölgüdən 

istifadə olunub 6 (erkən yaz, yazın sonu, yaz, yay, erkən payız, payızın 

sonu və qış) və 10 (yazın yaxınlaşması - erkən yaz, tam yaz, yazın sonu, 

yayın başlanğıcı, yayın ortası, yayın sonu, erkən payız, tam payız, 

payızın sonu və  qış) mövsümə bölünür. Mövsümlərin başlanması 

günləri təbii ki, dəyişir. 



İQLİM MÜALİCƏSİ  – iqlim-hava amillərindən müalicə  və profi-

laktiki məqsədi ilə istifadə edilməsi.  İ.m. və iqlim profilaktikasının 

nəzəri  əsasını  tibb iqlimşünaslığı  təşkil edir. İ.m. iqlim – hava 

elementlərinin kompleks təsirlərindən: məhəllin dəniz səviyyəsindən 

vəziyyəti, barometrik təzyiq, havanın temperaturu, yağıntının miqdarı, 

rütubətlik, küləyin istiqaməti və gücü, buludluluq, günəş radiasiyasının 

intensivliyindən asılıdır.  İ.m. aparıldıqda torpağın radiasiya xassəsi, 

landşaft xüsusiyyətləri və s.-də  nəzərə alınır. Çöl iqlimi vərəm 

xəstəliyinə, yarımsəhra iqlimi böyrək xəstəliyinə tutulanlar üçün 

əlverişlidir. Dəniz iqlimindən tənəffüs orqanlarının müalicəsində, sinir 

sisteminin funksional xəstəliklərində, maddələr mübadiləsinin 

pozğunluğunda və s. istifadə olunur. Dağ iqlimi tənəffüs və qan-damar 

sisteminə güclü təsir edir, maddələr mübadiləsini nizamlayır.  İ.m.-nin 

əsas metodu aeroterapiya, təmiz günəş müalicəsi, talassoterapiyadır. 

Günəş şüaları sinir sisteminə oyadıcı təsir göstərir, maddələr mübadiləsi 

prosesini aktivləşdirir: bunların təsirindən orqanizmdə D vitamini əmələ 

gəlir.  İ.m. kurort, sanatoriya və s. yerlərdə geniş  tətbiq olunur. 

Respublikamızda iqlim kurortları  və müalicə yerləri – Mərdəkan, 

Bilgəh, Buzovna, Zuqulba və s., dağ iqlim kurortları  Şuşa,  Şəki və s. 

var. 



Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   450   451   452   453   454   455   456   457   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin