QəRİb məMMƏdov mahmud xəLİlov


KƏND TƏSƏRRÜFATININ KİMYALAŞDIRILMASI



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə510/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   506   507   508   509   510   511   512   513   ...   1096
KƏND TƏSƏRRÜFATININ KİMYALAŞDIRILMASI – kimyəvi 

gübrələr tətbiq etməklə torpağın münbitliyini artırmaq, heyvan 

yemlərinə kimyəvi  əlavə qatmaqla heyvandarlığın məhsuldarlığını 

yüksəltmək, həmçinin pestisidlərin köməyilə zərərverici və xəstəliklərlə 

mübarizə aparmaq üzrə elmi cəhətdən  əsaslanmış  tədbirlər sistemi. 

K.t.k. düzgün təşkil edilmədikdə (kimyəvi maddələrin texnologiyasına 

düzgün  əməl edilmədikdə)  ətraf mühitin (torpaq, su hövzəsi, hava) və 

kənd təsərrüfatı  ərzaqlarının çirklənməsi üçün olduqca təhlükəli 

mənbəyə çevrilir. 

KƏHRİZ  – qrunt sularını toplamaq və yer səthinə  çıxarmaq üçün 

yeraltı qurğu. Maili lağım (hünd-1-1,4 m, eni 0,5-0,8 m) şəbəkəsindən 

ibarətdir. K. lağımları bir-biri ilə şaquli quyular  vasitəsilə birləşdirilir. 

K.-i peşəkar kankanlar qazır. K. suyundan su təchizatında və suvarmada 

istifadə olunur. K. suyu təmiz və safdır, fəsillərdən asılı olmayaraq 

müntəzəm su verir. K. Yaxın  şərq, Orta Asiya və  cənubi Qafqaz üçün 

daha səciyyəvidir. Azərbaycanda K. sistemi e.ə, 1 əsrdən mövcuddur. 

Təbriz, Zəncan, Gəncə, Qarabağ, Naxçıvan və Bakıda geniş yayılmışdır. 

20 əsrin 60-cı illərinin əvvəlində Azərbaycanda 812 K. olmuşdur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   506   507   508   509   510   511   512   513   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin