QəRİb məMMƏdov mahmud xəLİlov


KORMOBİONT (yun. kormos – kötük və biont)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə528/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   524   525   526   527   528   529   530   531   ...   1096
KORMOBİONT (yun. kormos – kötük və biont) – ağac və kolların 

gövdələrində yaşayan orqanizmlər. 



KORMOFİTLƏR (yun. kormos – gövdə, phyton - bitki) – gövdəsi 

və yarpağı olan bitkilər. Mamırların  əksəriyyəti, bütün qıjıkimilər və 

toxumlu bitkilər K.-ə aiddir. Bəzən K.-ə yarpaq və gövdədən əlavə kökü 

olan bitkilər də aid edilir. K. tarix inkişaf prosesində yarpaq və gövdəyə 

bölünməyən tallomlu bitkilərdən əmələ gəlmişdir. 

KORROZİYA  – suyun süxurlara kimyəvi təsiri nəticəsində 

süxurların dəyişilməsi və onlarda boşluq,  şırım, çüxur əmələ  gəlməsi 

prosesi. 

KOSMİK ANTROPOEKOLOGİYA  – insan ekologiyasının bir 

hissəsi, insanın kosmik mühit şəraitinə düşdüyü vaxt kosmonavtların 

(astronavtların) həyat təminatını daha effektiv həyata keçirmək 

məqsədilə əsaslı və elmi-texniki problemləri tədqiq edir. 



KOSMİK BİOLOGİYA  – Kainatda canlı materiyanın mənşəyi, 

mövcudluğu, yayılması, təkamül xüsusiyyətlərini, kosmik fəza 

şəraitində digər göy cisimlərində və ya kosmik aparatlarında uçuş vaxtı 

Yer orqanizmlərinin həyat fəaliyyəti xüsusiyyətlərini öyrənən kompleks 

elmi fənn. K.b.-nın  əsası V.V. Dokuçayev, K.A.Timiryazev, V.İ. Ver-

nadski, İ.M.Seçenov, İ.P. Pavlov, A.L.Çijevski tərəfindən qoyulmuşdur. 



KOSMİK FAKTOR – mənbəyi kosmik fəzada baş verən proseslər 

olan faktor (günəş və kosmik radiasiya, ay işığı, kosmos tozu və s.). 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   524   525   526   527   528   529   530   531   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin