Tələbə Cəbrayılzadə Kənan



Yüklə 1,13 Mb.
tarix08.05.2023
ölçüsü1,13 Mb.
#109400
Cəbrəyılzadə Kənan 443.22 kimya[1]


Tələbə
    • Cəbrayılzadə Kənan

Qrup
    • 443.22

Fakültə

Fənn
    • Kimya

Müəllim
    • Hüseynova Tahirə

Mövzu

Kimyəvi rabitə haqqında müasir təsəvvürlər

Kimyəvi rabitə atomların qarşılıqlı təsiri nəticəsində yaranır. Bu zaman əmələ gələn molekulların təbiəti kimyəvi rabitənin növündən asılı olur. Çünki kimyəvi rabitənin əmələ gəlməsi sistemdə qarşılıqlı təsirdə olan atomların potensial enerjisinin azalması hesabına başa gəlir.

Kovalent rabitə, əsasən iki müxtəlif mexanizm üzrə əmələ gəlir: 1) əks spinli elektronların qoşalaşması ilə 2) donor-akseptor mexanizmi ilə. Mübadilə mexanizmi ilə kovalent rabitə atomların əks spinli tək elektronlarının cütləşməsi (şərikləşdirilməsi) yolu ilə yaranır və həmin proses elektron buludlarının qapanması (bir-biri ilə örtülməsi) kimi təsəvvür olunur.

Kovalent rabitənin möhkəmliyi (davamlılığı).Atom nüvələrini birləşdirən (σrabitədə) elektron buludlarının örtülməsindən asılı olaraq kovalent rabitə müxtəlif dərəcədə möhkəm ola bilər. Atom nüvələri arasında elektron sıxlığı böyük olduqca rabitə daha möhkəm olur.

Bu halda əmələ gələn rabitələrin sayı şərikli elektron cütlərinin və yaxud hər bir atoma məxsus tək elektronların sayına bərabərdir. Neytral atomda mübadilə mexanizmi ilə kovalent rabitə yaradan elektronların sayı tək elektronların sayına bərabərdir.

Bir molekulun hidrogen atomu ilə digər molekülün daha güclü elektromənfi elementinin (O,N,F) atomu arasında əmələ gələn rabitəyə hidrogen rabitəsi deyilir. Hidrogen atomu öz yeganə elektronunun yerini dəyişdikdə və ya onu başqa atoma verdikdə müsbət yüklənir. Bunun hesabına bir molekulun hidrogeni başqa molekulların (HF, H2O) tərkibindəki qismən mənfi yükə malik elektromənfi elementlərinatomları ilə qarşılıqlı təsirdə olur.

Beləliklə kimyəvi rabitənin möhkəmliyi əsasən aşağıdakılardan asılıdır: Elektron buludlarının örtülməsi nəticəsində hansı rabitənin (σ- və ya ) yaranması, yəni kovalent rabitənin doymuşluğu. Rabitənin uzunluğu. Rabitənin polyarlığı. 

Kimyəvi birləşmələrdə rabitə yaradan elektronlar elektromənfiliyi böyük olan elementlərin atomlarına keçir və ya ona tərəf yerini dəyişir. Buna görə də kimyəvi rabitənin təbiətinin xarakteristikası və xassələrini bilmək üçün elektromənfilik anlayışı olduqca vacibdir.

Molekulların əksəriyyətinin əmələ gəlməsi kovalent rabitənin yaranması ilə bağlıdır. Kovalent rabitə nəzəriyyəsinin əsasını qarşılıqlı təsirdə olan elementlərin xarici davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir. Lakin kovalent rabitənin yaranması zamanı elektronun bir element atomundan digərinə tam keçidi baş vermir. 

Ümumi elektron cütünü əsasən, rabitə yaradan atomların cütləşməmiş (tək ↓) elektronları əmələ gətirir.Bu zaman cütləşən elektronlar antiparalel spinlərə (↑↓) malik olmalıdır. Yəni elektronların eyni orbitalda (↑↑) və (↓↓) şəklində yerləşməsi mümkün deyil. (Н2, Cl2, NH3, CH4, СО2,F2) və s molekullarının yaranmasının elektron cütləri ilə göstərilmiş formuluna adətən molekulun elektron formulu deyilir. 

Ümumi elektron cütünün əmələ gəlməsi ilə yaranan kimyəvi rabitəyə kovalent və ya atom rabitəsi deyilir. Əlaqələndirici elektron cütünün yaranmasında iki atom iştirak edir və onun əmələ gəlməsi üçün hərəsi bir elektron verir. Bu elektronlar hər iki atomun xarici elektron təbəqəsində yerləşir.

Kimyəvi rabitənin polyarlığı kovalent rabitəni əmələ gətirən elektron cütünün atomlardan birinə tərəf yerdəyişməsindən asılıdır. Hidrogen halogenlərdə (HF, HCl, HBr,HJ) halogenin sıra nömrəsi artdıqca radiusu artdığından rabitənin uzunluğuda artır. F ən qüvvətli qeyri-metal olduğundan HF daha polyar və daha davamlı olur. Rabitənin uzunluğu, turşuluq, reduksiyedicilik artır, rabitənin polyarlığı, davamlılığı azalır.

Əgər rabitə əmələ gətirən atomların elektromənfilikləri müxtəlifdirsə, başqa sözlə müxtəlif qeyri- metal atomları birləşərsə, onda şərikləşdirilmişelektron cütü qeyri-simmetrik vəziyyət alır, yəni elektron cütü elektromənfiliyi çox olan atomadoğru cəzb olunur. Onların mütləq qiyməti 1-dən kiçik olur. Bu halda müsbət və mənfi yüklərin mərkəzləri üst-üstə düşmür. 

Eyni atomlar arasında yaranan kovalent rabitəyə homopolyar kovalent rabitə deyilir. Əgər kovalent rabitə fərqli atomlar arasında yaranarsa, heteropolyar kovalent rabitə adlanır.Müəyyən edilmişdir ki, homoployar kovalent rabitə qeyri polyardır və belə rabitənin dipol momenti 0-a bərabər olur. Heteropolyar kovalent rabitədə isə rabitənin elektron buludu az da olsa atomlardan birinə doğru sürüşür və rabitə polyarlaşır. 

Kovalent rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir. Lokallaşmış rabitə dedikdə məhdud sayda yalnız iki atom arasında təsir göstərən rabitə başa düşülür. Bir kovalent rabitəni bir elektron cütü əmələ gətirir. Yəni kovalent rabitəni qoşa nöqtə və ya xətt ilə göstərirlər. Rabitəni yaradan elektronlar ulduz şəklində verilmişdir. 

İzlədiyiniz üçün təşəkkürlər.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin