QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə572/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   568   569   570   571   572   573   574   575   ...   1096
QLOBAL SU DÖVRANI – suyun okean və qurunun səthindən 

buxarlanması, su buxarının aparılması, kondensasiyası  və yağmur 

halında düşməsi, müxtəlif səthi axınlar, son nəticədə suyun okeana 

qayıtması. 



QLOBUS  (lat. Globus - kürə) – sahələrinin nisbəti və konturların 

həndəsi oxşarlığı saxlanmaqla bütün Yer səthinin təsviri verilən model. 

Ən çox 1:30 mln. – 1:80 mln. miqyaslı Q.-lar işlənir. Qlobuslar 

müxtəlifdir.  Ən geniş yayılanı fiziki-coğrafi Q.-lardır. Bəzən relyefli 




 

266 


 

qlobuslar da hazırlanır. 



QLÜKOZA (yun. Glykys - şirin) – dekstroza, üzüm şəkəri C

6

H

12

O

6

 

–monosaxaridlər qrupundan karbohidrat. Q. rəngsiz kristal maddədir; 



suda yaxşı  həll olur: canlı  təbiətdə geniş yayılmışdır.  İnsan və 

heyvanların bütün orqan və toxumalarında, bitki orqanizmlərində – 

əsasən meyvə və giləmeyvələrdə (xüsusən üzümdə), tərəvəz, bal və s.-

də var. Bəzi bakteriyalar üçün Q. yeganə enerji mənbəyidir. Q. maddələr 

mübadiləsi reaksiyalarından çoxunda iştirak edir. İnsan qanında Q.-nın 

miqdarı  təqribən 100 mq/%-dir. və neyrohumorol yolla təqdim olunur. 

Sənayedə Q-nı nişastanın hidrolizi yolu ilə alırlar. Qənnadı sənayesində 

istifadə olunur; tibbdə müalicə vasitəsi kimi toz və həb şəklində, habelə 

izotonik (4,5-5%) və hiprotonik məhlul (10-40%) halında işlədilir. 

İzotonik məhlulları  dəri altına vururlar. (Orqanizmdə mayeni artırmaq 

məqsədilə). Asan mənimsənilə bilən qida maddəsidir. 

QLÜKOZİDLƏR – monosaxarid (qlükoza) və  hər hansı lifin 

birləşməsindən  əmələ  gələn maddələr qrupu. Qlükozidlər bir çox 

bitkilərdə olur və onlara bəzən acı dad verir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   568   569   570   571   572   573   574   575   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin