QəRİb məMMƏdov mahmud xəLİlov


MİRMEKOFAQLAR (yun. myrmex - qarışqa)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə664/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   660   661   662   663   664   665   666   667   ...   1096
MİRMEKOFAQLAR (yun. myrmex - qarışqa) – qarışqa ilə qida-

lanan heyvanlar (hörümçək, həşəratlar, quşlar, məməlilər). 



MİSETOFAQLAR – göbələklə qidalanan orqanizmlər. 

MİŞARÇILAR  (Tenthredinoidea)  – oturaqqarınlı  pərdəqanadlı 

həşəratların 3 fəsiləsinin ümumi adı. 5 mindən çox, Azərb-da 200-dək 

növü var. M. əsasən, meşə zonalarında yayılmışdır. Dişi fərdlər dişli 

yumurtaqoyanı vasitəsi ilə bitkilərin yumşaq toxumasını mişarlayır (adı 

da buradandır) və həmin yerə yumurta qoyur. M.-in əksəriyyəti torpaqda 

puplaşır. Taxıla, meyvə, bostan, dekorativ bitkilərə və s. zərər verir. 



MODİFİKASİYALAR (biologiyada) – xarici mühitin 

dəyişilməsinin təsirindən orqanizm əlamətlərinin (fenotipinin) qeyri-irsi 

dəyişiklikləri. M.-ı törədən xarici mühit amilləri (temperatur, işıq, qida 

rejimi və s.) orqanizmin daxili mühitinə (məs. hormonlar səviyyəsində) 

təsir etməklə ontogenezin gedişini dəyişir. M. mühit amilinin 

dəyişilməsinə qarşı bir qayda olaraq orqanizmin adaptiv reaksiyası kimi 

meydana çıxır. Məs. göl oxyarpağının yarpaq forması onun yerləşdiyi 

yerdən asılıdır: sudan yuxarıda yarpaqlar oxvarı, suyun səthində 

ürəkvari, suyun altında isə lentşəkilli olur. Bəzən qeyri-adaptiv M. 



 

312 


 

eybəcərlik  şəklində meydana çıxır. Mutasiyadan fərqli olaraq M. nəslə 

keçmir, yalnız onu törədən amilin təsirinə  məruz qalan orqanizmlərdə 

təzahür edir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   660   661   662   663   664   665   666   667   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin