MİNERAL QİDALANMA – orqanizmlər tərəfindən mineral
elementlərin istifadəsi. Kation və anionlar qəbul olunur. N, P, S, K, Cf,
Mg və bir sıra mikroelementlər (Fe, B, Zn, Mg və s.) çox mühüm he-
sab olunur. Heyvanlar onları trofik zənciri üzrə qəbul edirlər: avtotroflar
– fitofaqlar -zoofaqlar.
MİNERAL MADDƏLƏR – qeyri-üzvi kimyəvi maddələr.
MİNERAL RESURSLAR – hər hansı rayon, ölkə, kontinent və
planetdə (bütövlüklə) Yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu
(neft, daş kömür, qızıl, gümüş, volfram, dəmir və s.).
MİNERAL SULAR – bioloji aktiv mineral komponentlərin çoxluğu
ilə xarakterizə olunan və insan orqanizmini müalicə edən spesifik fiziki-
kimyəvi xassələrə malik təbii (əsasən, yeraltı) sular. Kimyəvi tərkibi və
fiziki-kimyəvi xassələrindən asılı olaraq müalicə məqsədi ilə (daxili və
xarici) işlədilir. M.s. minerallaşma dərəcəsinə görə zəif, çox
minerallaşmış, duzlu, çox duzlu, ion tərkibinə görə xlorlu,
hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziumlu və s. sulara
bölünür: qazların və spesifik elementlərin çoxluğuna görə karbon qazlı,
sulfidli, azotlu, bromlu, yodlu, dəmirli, mərgümüşlü, radioaktivli (ra-
311
donlu) və s., temperaturuna görə soyuq (20
°C-dək), ilıq (20-37°C), isti
(termal 37-42
°C), çox isti (42°C-dən daha çox) olur. Müalicə
baxımından üzvi maddələrlə zəngin, zəif minerallaşmış sular daha
əhəmiyyətli hesab edilir. Azərbaycan Respublikasında 1000-dən çox
termal və soyuq sulu mineral bulaq qeydə alınmışdır. Karbon qazlı M.s.
əsasən Kiçik Qafqazda, o cümlədən Naxçıvan Muxtar Respublikasında
(İstisu, Turşsu, Sirab, Darıdağ, Badamlı, Vayxır və s.); hidrogensulfidli
sular Böyük Qafqazda (Qalaaltı, Suraxanı, İlisu), Lənkəranda,
Masallıda; metanlı sular Abşeronda, Xəzəryanı sahədə və s. yerlərdədir.
Dostları ilə paylaş: |