MÜTLƏQ QURAQLIQ – fasiləsiz (15 gündən az olmayaraq)
müşahidə olunan mütləq (heç bir yağmur düşmədən) quraqlıq.
MÜTLƏQ ÖLÜM KONSENTRASİYASI – ətraf mühitin
obyektlərində zəhərin ən kiçik konsentrasiyasının (qatılığı) təsirindən
təcrübə heyvanları 100% ölür. CL
100
və ya SK
100
simvolu ilə işarə olunur.
MÜTLƏQ RÜTUBƏT – 1m
3
havadakı su buxarının qramla (q/m
3
)
miqdarı (bax. havanın nəmliyi). Atmosferdə M.r. 0,1-1 q/m
3
-dən (qışda
materiklərin qütb enlikləri üzərində) 30 q/m
3
-ə qədər və daha çox (ekva-
torial zonada) olur.
MÜTLƏQ TEMPERATUR – (mütləq sıfır) mütləq sıfırdan hesabla-
nan temperatur (T). M.t.-in vahidi Kelvin (K) olub, 1K=1
0
C Selsin şkalası
ilə M.t. mənfi 273,16
0
C-yə bərabərdir. Bu temperaturda molekulların
hərəkəti da-yanır.
Dostları ilə paylaş: |