NEKTARİNİDLƏR, NEKTAROFAQLAR – çiçəklərin nektarı ilə
qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır.
NEMATODLAR – girdə qurdlar, ibtidai qurdlar sinfi. Xarici
mühitdə sərbəst yaşayan və müxtəlif bitki, heyvan və insanlarda parazit-
lik edən 500 mindən çox növü var. Uzunluğu 80 mkm-dən 8 m-dəkdir.
Qan və tənəffüs sistemi yoxdur. İnsan və heyvanların orqanizminə
düşən nematod yumurtasının bəzisi isə mürəkkəb inkişaf sikli
keçirdikdən sonra bağırsaqda, ağciyərdə, əzələlərdə tam inkişafa çatır.
NEMATODOZLAR – insan, heyvan və bitkilərdə nematodların
törətdiyi parazitar xəstəliklər. Azərbaycanda askaridoz, enterebioz, tri-
xosefalyoz və s. yayılmışdır. Yoluxmada tərəvəzin rolu böyükdür.
NEMATOSİDLƏR – ziyanlı nematodları (dəyirmi qurdları) məhv
etmək üçün işlədilən kimyəvi maddələr (pestisidlər).
Dostları ilə paylaş: |