NİVAL İQLİM, qar iqlimi (lat. nivalis – qarlı, soyuq) – yüksək
dağlıq zonaya və qütb vilayətlərinə xas olan iqlim. Soyuq dövrdə yağan
qarın miqdarı, isti dövrdə əriməyə və buxarlanmağa macal tapmır.
NİVAL QURŞAQ – daimi qar qurşağı-dağlarda, adətən qar
sərhədindən yuxarıda yerləşən ən yüksək təbii qurşaq. Nival iqlimlə
səciyyələnir. N.q. üçün qar və buzlaqlar xarakterikdir. İntensiv surətdə
fiziki (əsasən, şaxta) aşınma prosesləri gedir. Üzvi aləmi çox kasıbdır;
bitki örtüyü (şibyə, mamır və s.) çox seyrəkdir. Heyvanlardan bəzi quş
və cücü növlərinə rast gəlmək olur. N.q.-ın aşağı sərhədi qütb
rayonlarında dəniz səviyyəsinə qədər enə bilir, səhra rayonlarındakı
dağlarda isə 6500 m-ə qədər qalxa bilir. Böyük və Kiçik Qafqaz
dağlarında 3000 m-dən yuxarıda yerləşir.
Dostları ilə paylaş: |