NİKTİTROPİZM (yun. nyx (nykos) – gecə və tropizm) – bitkinin
yuxuya getməsi-qaranlıq düşdükcə bitkinin orqanlarının dövri hərəkəti
(məs., noxudun, yoncanın yarpaqcıqlarının yumulması).
NİŞASTA – bitkilərin əsas ehtiyat karbohidratı, hüceyrə
orqanlarında yaranır və əsasən, toxum, soğanaq və kök yumrularında,
həmçinin yarpaq və gövdədə toplanır. N. və onun məhsullarından kağız,
toxuculuq, metaltökmə sənayelərində və s. sahələrdə istifadə olunur;
müxtəlif dərmanların tərkibinə daxildir. Yeyinti sənayesində N.-dan
patka, saqo yarması, qlükoza və s. məhsullar alınır. Yodun təyinində
indiqator kimi 1%-li N. məhlulu işlədilir.
NİTRATLAR – azot turşusunun duzları, sənayedə və xüsusən kənd
təsərüfatında geniş istifadə olunur. Tarlalarda gübrə verərkən normaya
riayət edilmədikdə nitratlar qida məhsullarında toplanaraq ağır
zəhərlənmə verir.
Dostları ilə paylaş: |