331
yaxud irsən zəif keçən, ikinci dərəcəli əlamətlərlə növün tipik
fərdlərindən fərqlənən, arealı aydın olmayan fərd və populyasiya. N.
yarımnövdən kiçik və formadan böyük taksonomik kateqoriyadır. N.
zooloji nomenklaturada variyetetə uyğun gəlir.
NÖVÜN BİOEKOLOJİ POTENSİALI – sonrakı təkamüldə də
növün yayılma qabiliyyəti. Belə anlayış İ.K.Paçosski (1925) tərəfindən
irəli sürülmüşdür.
NÖVÜN DAVAMLIĞI – növün (adətən bitki qruplaşmasında)
müəyyən vaxt ərzində mühitin təsirinə qarşı dayanıqlığı (müqaviməti)
qabiliyyəti.
NÖVÜN KONSEPSİYASI – mövcud metodoloji N.k.-nı üç qrupa
bölmək olar: 1) tipoloji konsepsiyaya görə fərdlər bir-birilə hər hansı
xüsusi əlaqədə olmayıb sadəcə eyni tipə aiddir; 2) Nominalistik konsep-
siyaya görə təbiətdə yalnız fərdlər mövcuddur, növlər isə abstrakt olub
insan tərəfindən yaradılıb; 3) Bioloji konsepsiya (müasir) təbii populya-
siya qruplarından ibarətdir. Bu konsepsiyaya görə növ reproduktiv bir-
likdir, növ ekoloji vahiddir, növ genetik vahiddir: Bax: NÖV.
Dostları ilə paylaş: