NÖVÜN SAYININ KİFAYƏT QƏDƏR OLMAMASI HƏDDİ –
uzun zaman müddətində növün sayı onun normal mövcudluğunu təmin
etmir.
NÖVÜN STRUKTURU – növün strukrturu aşağıdakı vahidlərdən
ibarətdir: 1) yarımçıq növ-coğrafi və ekoloji irq; kifayət qədər morfofi-
zioloji, coğrafi və ekoloji xüsusiyyətlərilə səciyyələnir; 2) Yarım-növ –
müəyyən bitmə şəraitinə uyğunlaşan və morfofizioloji əlamətlərilə
ayrılan ərazicə bir-birindən ayrı (aralı) coğrafi irqlər. (məs., fıstıq avropa
(meşə) fıstığı və şərq fıstığı irqinə və ya yarımnövünə ayrılır; 3)
ekotiplər – bu və ya digər şəraitə uyğunlaşan və özünəməxsus morfofi-
zioloji əlamətləri olan ekoloji irq (məs., turş və qələvi torpağın
ekotipləri); 4) populyasiya bax: populyasiya.
Dostları ilə paylaş: |