NÖVLƏRİN TOPLANMASI – dar çərçivə vilayətində çoxlu miq-
darda yaxın qohum növlərin toplanması. Bir qayda olaraq bunlar relikt,
endem növlərdir. N.t. xüsusilə qədim saf sulu göllərdə, həm də nisbətən
sonradan yaranan göllərdə müşahidə olunur.
NÖVLƏRİN YERDƏYİŞMƏSİ – fərdlərin və ya onların
diasporlarının qarışması. Hər hansı bir biosenoza görə N.y. emiqrasiya –
köçüb getmiş, immiqrasiya – köçüb gəlmiş və miqrasiya – dövrü olaraq
uzaqlaşan və qayıdan ola bilər. Emiqrasiya və immiqrasiya həm passiv
(alloxorlar), həm də aktiv (avtoxorlar) ola bilər, miqrasiya isə həmişə
aktiv olur.
Dostları ilə paylaş: |