334
xeyli yüksək qatılığına və ya oksidləşmiş mühitə üstünlük verən
orqanizmlər.
OKSİFİTLƏR, OKSİLOFİTLƏR (yun. oxys – turş, lat. oxyge-
mum - oksigen) – turş torpağa üstünlük verən bitkilər (qaragilə, türşəng,
küknar, sitrus bitkiləri və s.) və yaxud oliqotrof bataqlıqlar.
OKSİGEN BALANSI – fotosintez zamanı avtotrof
orqanizmlərin
ayırdığı və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ
gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs
prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı sərf et-
diyi oksigenin miqdarına nisbəti.
OKSİGEN HƏDDİ – mühitdə həll olan (adətən suda) oksigenin
miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin
çatışmazlığından hidrobiontlar məhv olur.
Dostları ilə paylaş: