335
OLİQOSAPROB SU HÖVZƏSİ – az miqdarda
üzvi maddəsi olan
su hövzəsi, suyu şəffaf, soyuq olub tərkibi (hətta dərinliklərdə)
oksigenlə zəngindir.
OLİQOSAPROBLAR – təmiz, yaxud üzvi maddələrlə az
çirklənmiş sularda yaşayan orqanizmlər. O.-a bəzi yaşıl və diatom yo-
sunlar, çiçəkli bitkilər (məs., suzanbağı), bəzi rotatorilər, briozoylar,
süngərlər, şaxəbığcıqlı xərçənglər, balıqlardan isə çəki, qızılxallı balıq
aiddir.
OLİQOTROF ORQANİZMLƏR – qidalı maddələr az olan (az
münbit) torpaqlarda inkşaf edən orqanizmlər. Oliqotrof bitkilərə erika,
şam ağacı, ağbığ, tozağacı, sfaqnum mamırları və s. aiddir.
Dostları ilə paylaş: