QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə719/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   715   716   717   718   719   720   721   722   ...   1096
ONURĞALILAR, KƏLLƏLİLƏR (Vertebrata yaxud craniota) – 

xordalılar tipindən heyvan yarımtipi; daha yüksək təşəkkül tapmış 

müxtəlif heyvan qrupları. O. növlərinə görə onurğasızlardan azdır (40 

min növ), lakin müasir biosferin həyatındakı roluna görə onlardan 

üstündür. Müasir O.-a 6 sinif – dəyirmanağızlılar, balıqlar, suda-quruda 

yaşayanlar, sürünənlər, quşlar, məməlilər aiddir. O.-ın insan üçün böyük 

əhəmiyyəti vardır. Ev və ov heyvanlarının əksəriyyəti O.-a aiddir. Bəzi 

O. zərərli və zəhərlidir. 



ONURĞASIZLAR  (Invertebrata) – onurğası olmayan heyvanların 

böyük qrupu. O.-a ibtidailər, süngərlər, bağırsaqboşluqlar, qurdlar, mo-

lyusklar, buğumayaqlılar, dərisitikanlılar və  bəzi başqa tiplər daxildir. 

O.-ın təqribən 1 mln 260 min növü məlumdur; növlərinin sayına görə 

cücülər birinci yeri tutur. O. şirin suda, dənizdə, quruda və torpaqda 

yaşayır; bir çox növləri heyvanların və bitkilərin parazitidir. 




 

336 


 

O.-ın təbiətdə rolu böyükdür. O.-ın qazıntı qalıqlarına müxtəlif 

dövrlərin çöküntülərində rast gəlmək olur; bəzi süxurların əsas hissəsini 

təşkil edir. O. ov heyvanlarının, məməlilərin, quşların və balıqların 

qidasıdır. 

O.-ın parazit və yoluxucu xəstəlikləri  əmələ  gətirən növləri də var. 

Bəzi növlər parazit qurdların sahibidir. O. arasında zəhərli növlər, taxıla 

və taxıl məhsullarına, kənd təsərrüfat bitkilərinə zərər verənlər və meşə 

zərərvericiləri də var. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   715   716   717   718   719   720   721   722   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin