ONURĞALILAR, KƏLLƏLİLƏR (Vertebrata yaxud craniota) –
xordalılar tipindən heyvan yarımtipi; daha yüksək təşəkkül tapmış
müxtəlif heyvan qrupları. O. növlərinə görə onurğasızlardan azdır (40
min növ), lakin müasir biosferin həyatındakı roluna görə onlardan
üstündür. Müasir O.-a 6 sinif – dəyirmanağızlılar, balıqlar, suda-quruda
yaşayanlar, sürünənlər, quşlar, məməlilər aiddir. O.-ın insan üçün böyük
əhəmiyyəti vardır. Ev və ov heyvanlarının əksəriyyəti O.-a aiddir. Bəzi
O. zərərli və zəhərlidir.
ONURĞASIZLAR (Invertebrata) – onurğası olmayan heyvanların
böyük qrupu. O.-a ibtidailər, süngərlər, bağırsaqboşluqlar, qurdlar, mo-
lyusklar, buğumayaqlılar, dərisitikanlılar və bəzi başqa tiplər daxildir.
O.-ın təqribən 1 mln 260 min növü məlumdur; növlərinin sayına görə
cücülər birinci yeri tutur. O. şirin suda, dənizdə, quruda və torpaqda
yaşayır; bir çox növləri heyvanların və bitkilərin parazitidir.
336
O.-ın təbiətdə rolu böyükdür. O.-ın qazıntı qalıqlarına müxtəlif
dövrlərin çöküntülərində rast gəlmək olur; bəzi süxurların əsas hissəsini
təşkil edir. O. ov heyvanlarının, məməlilərin, quşların və balıqların
qidasıdır.
O.-ın parazit və yoluxucu xəstəlikləri əmələ gətirən növləri də var.
Bəzi növlər parazit qurdların sahibidir. O. arasında zəhərli növlər, taxıla
və taxıl məhsullarına, kənd təsərrüfat bitkilərinə zərər verənlər və meşə
zərərvericiləri də var.
Dostları ilə paylaş: |