OPTİMAL LANDŞAFT – müəyyən istifadə formasına maksimum
uyğun gələn və ya müəyyən istifadəçi kateqoriyasının (məs. bağban,
tərəvəzçi, maldar) tələblərinə maksimum cavab verən landşaft.
OPTİMAL MEŞƏLİK – müəyyən meşəbitmə şəraitindən özünün
məqsədyönlü vəzifəsini daha yaxşı yerinə yetirən meşəlik. O.m.
yaradarkən ən mühüm komponent meşəliyin optimal tərkibi və optimal
strukturu hesab olunur. Meşəliyin optimal tərkibi məsələsinin həllində
ağac cinslərinin meşəbitmə şəraitində tələbatını, digər ağaclarla dinamik
əlaqəsini, məhsuldarlığını, quruluşunu, əmtəəliyini və müxtəlif tərkibli
meşəliyin təsərrüfatı qiymətini təyin etmək lazımdır. Meşəliyin optimal
strukturunu təyin edən əsas amil ağaclığın sıxlığı (doluluğu) sayılır.
Rekreasiya təzyiqi altında olan və torpaqqoruyucu funksiyalı
meşələrin optimal tərkibi və strukturu O.m.-də əsasən estetik və qoruyu-
cu planda daha effektli olmalıdır.
Dostları ilə paylaş: |