ORQANİZMLƏRİN SAYI – 1) vahid sahədə hər hansı bir növün
fərdlərinin sayı (mütləq hesablamada): bolluğu, rast gəlinməsi və s.
(gözəyarı və ya nisbi uçot metodları ilə); 2) növün populyasiyasında və
ya hər hansı bir ərazidə olan fərdlərin ümumi miqdarı (Ussuriya
tayqasında pələnglərin sayı. Şirvan düzündə ceyranların sayı, Hidistanda
fillərin sayı və s.); 3) Müəyyən sahədəki fərdlərin ümumi sayı (onların
sistematik bölgüyə mənsubiyyətindən asılı olmayaraq).
ORQANOGEN SÜXURLAR, biogen süxurlar – bitki və heyvan
orqanizmlərinin qalıqlarından və ya onların həyat fəaliyyəti
məhsullarından ibarət çökmə süxurlar. O.s-a maddə tərkibinə görə sili-
siumlu (diatomit, sponqolit və s.), karbonatlı (rif, əhəngdaşı, yazı
təbaşiri) və fosfatlı çöküntülər, həmçinin kömürlər daxildir.
ORQANOGENEZ (heyvanlarda) – orqanların əmələ gəlməsi və
inkişafı; bitkilərdə adətən antropogenezdə əsas orqanların (kökün,
gövdənin, yarpaqların, çiçəklərin) formalaşması və inkişafı «O”.»
adlanır.
339
ORQANOİDLƏR – müəyyən vəzifə daşıyan hüceyrə hissəsi (pro-
toplazma, nüvə, plastidlər, qılaf).
ORNİTOFAQLAR – quşlarla qidalanan orqanizmlər. Məs.
qarğalar, qartallar.
ORNİTOFAUNA – müəyyən ərazidə məskunlaşan, yaxud qısa
müddət ərzində təsafüd edilən quşlar. Adətən O. adı altında vilayət,
yaxud yarımvilayətlər üçün xarakterik olan quş növləri kompleksi başa
düşülür.
ORNİTOFİLİYA – nektarla qidalanan quşlar tərəfindən çiçəkli
bitkilərin tozlanması.
ORNİTOFİLLƏR – əsasən quşlar tərəfindən tozlanan bitkilər.
Adətən O.-in parlaq, bəzəkli çiçəkləri bol nektar verir.
Dostları ilə paylaş: |