340
otlağın məhsuldarlığı nəzərə alınmadan orada otlayan mal-qaranın
sayının həddən artıq olması. Belə O. otlağın deqradasiyasına, sahənin
səhralaşmasına səbəb olur.
OTARMANIN TƏQVİM PLANI – otlaqlarda ot örtüyünün
mövsümi inkişafını, yemin ehtiyatını nəzərə alaraq hər bölmədə
otarmanın vaxtını (başlanğıcı və sonu) göstərən plan.
OTLAQ – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən
sahə. O. təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii O-larda bitki örtüyü
çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol
və kollardan ibarət olur. Süni O.-da isə bitki örtüyü çoxillik və birillik
taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır.
Azərbaycan Respublikasında təbii biçənək və otlaqlar əsasən Qobustan-
da, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Səlyan düzlərində
yerləşərək təbii O-ların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda,
Talışda orta dağlıq, subalp və alp zonalarını əhatə edərək təbii O-ların
33%-ni təşkil edir.
Dostları ilə paylaş: