OLİQOTROF SU HÖVZƏSİ – az miqdarda biogen maddələrə ma-
lik olan su hövzəsi (tundranın üst bataqlıqları və gölləri, Dünya
okeanının mərkəzi subtropik vilayətlərində biogen elementlər
çatışmadığından ilk məhsul aşağı olur).
OMBROFİTLƏR (yun. ombuos - yağış) – atmosfer çöküntüləri
rütubətinin hesabına mövcud olan bitkilər, səthi kök sisteminə malik
olur.
OMBROFOBLAR – uzunsürən yağışlara davamsız bitkilər.
OMNİSİD (lat. omnis - hamısı) – Yerdə bütün canlıların məhv
edilməsi. Təbii (məs., ümumi planetar və kosmik fəlakət) və antropogen
(dünya nüvə müharibəsi, qlobal ekoloji fəlakət və s.) faktorların
təsirindən yarana bilər. Bax: genosid, ekosid.
ONTOGENEZ – orqanizmin fərdi inkişafı – orqanizmin yarandığı
andan həyatının sonunadək məruz qaldığı morfoloji, fizioloji və
biokimyəvi şəkildəyişmələrin məcmusu.
Dostları ilə paylaş: |