OPTİMAL MEŞƏLİK FAİZİ – müəyyən ərazinin təbii ekoloji
tarazlığını saxlayan meşəlik faizi.
OPTİMUM ŞƏRAİT – ekoloji faktorların orqanizm üçün daha
əlverişli uyğunluğu.
ORANJEREYA – yerli şəraitdə açıqda becərilməsi mümkün ol-
mayan həmişəyaşıl (məs., palma), sitrus (limon, portağal), çiçək və bir
çox dekorativ otaq bitkilərinin qış dövründə becərildiyi və saxlandığı
xüsusi şüşəbəndli bina. Becərilən bitkilərin xüsusiyyətindən asılı olaraq
O.-larda müəyyən rütubətlik və temperatur rejimi saxlanılır. O.-lar
günəş, su, buxar və elektriklə qızdırılır. Azərbaycan MEA Botanika
bağında, Şüvalan gülçülük təsərrüfatında otaq bitkiləri və gül becərilən
O.-lar var.
OREOFİTLƏR – dağ bitkiləri; adətən, yüksək dağ bitkiləri adlanır.
Dostları ilə paylaş: |