328
NİVASİYA – qar eroziyası, qarın təsiri altında
ekzogen
relyefəmələgəlmə prosesinin gedişi. Qütb, yüksək dağlıq rayonlar üçün
səciyyəvidir.
NİZAMLAYICI FAKTOR – orqanizmin normal fəaliyyəti üçün
əlverişli olan mühit faktoru.
NOMİNALİSTİK KONSEPSİYA (lat. nominalis – fdlı, nomen –
ad) – bu konsepsiyaya görə təbiətdə növlər mövcud deyil; real mövcud
olan yalnız fərdlərdir. 18-ci əsrdə Fransada bu konsepsiya geniş
yayılmışdı. (Byuffon, Robine, Lamark və b.) 20-ci əsrin əvvəlində N.k.-
sı K.Bessi (1908) və b. tərəfindən qəbul edilmişdir. Hazırda isə yalnız
tarixi maraq oyadır.
NOMOSENOZ – biosenozun tərkibinə daxil olan taksonomik yaxın
cinsli populyasiyaların məcmusu. N. növ üzrə fərdlərin sayının
qanunauyğun kəmiyyətcə yayılmasını səciyyələndirir, yəni xüsusi sta-
tistik xarakteristikaya malikdir. Termini Dajo və Levek (1972) təklif
etmişdir. «N.» anlayışı takosenoz anlayışına yaxındır.
NOOLANDŞAFT – ekosistemin bütün komponentləri (torpaq, bitki
örtüyü, mikroorqanizmlər, heyvanat aləmi) formalaşan mədəni biosenoz
və ya mədəni ekosistem (aqrosenoz). N-ın planlaşdırılması və
layihələşdirilməsi elmdə yeni istiqamətdir və bu barədə yeni metodların
hazırlanması tələb olunur. N. haqqında daha geniş konsepsiya
A.M.İvlev (1986) tərəfindən hazırlanmışdır.
Dostları ilə paylaş: