«İnşaat» fakültəsi «Bina və qurğuların istismarı və rekonstruksiyası» kafedrası



Yüklə 22,79 Kb.
səhifə1/6
tarix27.10.2022
ölçüsü22,79 Kb.
#66589
  1   2   3   4   5   6

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti


«İnşaat» fakültəsi
«Bina və qurğuların istismarı və rekonstruksiyası» kafedrası


Fənnin adı: İnşaat konstruksiyalarının eksperimental metodları
Mövzu: Bina və qurğuların müayinəsinin və sınağının məqsədi və məsələləri.
Əsas anlayışlar. Qurğuların müayinəsinin və sınağının metodları.
Məruzəçi: t.f.d., dosent Quliyev F.M.


MÜHAZİRƏNİN PLANI


1. Bina və qurğuların müayinəsi və sınağı
2. Bina və qurğuların müayinəsinin məqsədi və məsələləri. Əsas anlayışlar.
3. Qurğuların müayinəsinin və sınağının metodları.


ƏDƏBİYYAT


1. Məmmədov Ş.Ə., Əhmədov Ə.M., Rzayev R.A. “Qurğuların zəlzələyə davamlığı”, Dərs vəsaiti, Bakı, 2009, 198 səh.
2. İmaməliyeva C.N. “Qurğuların zəlzələyə davamlığı”, Dərs vəsaiti, Bakı, 2008,86 səh.
3. Həsənova T.C. Qurğuların müayinəsi və sınağı fənnindən laboratoriya işləri üzrə metodiki göstəriş. Bakı, 2008, 45 səh.
4. AzDTN 2.3.-1 “Seysmik rayonlarda tikinti”
5. Поляков С.В. Сейсмостойкие конструкции зданий. Москва, “Высшая школа”, 1983, 303 с.
6. Корчинский И.Л., Беренева Г.В. Прочность строительных материалов при динамических нагружениях. Москва, 1966.
7. Лужин О.В. Обследование и испытание сооружений. М., Стройиздат, 1987.
Fakültənin Elmi-metodiki
Şurasında təsdiq olunmuşdur
24 fevral 2020-ci il


Bakı-2020

QURĞULARIN SINAĞININ VƏ MÜYINƏSININ MƏQSƏDI
VƏ MƏSƏLƏLƏRI

Öyrənilən fənnin əsas məqsədi və məsələləri aşağıdakılardan ibarətdir:


1. İstismar edilən obyektlərin vəziyyətini və xassələrini xarakterizə edən kəmiyyət və keyfiyyət qiymətlərini göstəricilərinin təyin etmək üçün metodların və üsul-ların işlənməsi həmçinin həmin obyektlərdə baş verən proseslərin təcrübi öy-rənilməsi


2. Qurğuların, binaların, konstruksiya elementlərinin və materialların konstruktiv və istismar xassələrinin eksperiment yolu ilə aşkar edilməsi və texniki tələblərə onların uyğunluğunun müəyyən edilməsi
Qurğuların, binaların və inşaat konstruksiyaların müayinəsi inşaat konstruksiya elementlərinin hazırlanması və quraşdırılmasının keyfiyyətinə nəzarət metodları ilə aparılır. Bu metodlar obyektin proyekt qiymətlərinə və sistemin həqiqi işinin əks etdirməyə uyğunluğunu təmin edir. Belə ki, dəmir beton məmulatları zavodunda ictimai və yaşayış binalarının üstünü örtmək üçün buraxılan panellər uyğun DÜST-ə (ГОСТ) əsasən işçi çertyojlara uyğun olaraq hazırlanması və təyin edilmiş texniki tələblərini ödəməlidir.
Obyektin uzunluğunun, eninin, qalınlığının diaqonalların uzunluğunun qoyma detallarının (hissələrinin) yerdəyişməsinin və mühafizə qatının qalınlığının proyekt ölçülərində göstərilənlərdən buraxılan sapmala (əyintilər) müəyyən edilir.
Betonu hazırlamağ üçün istifadə edilən materiallar təyin edilmiş standartların tələblərini möhkəmliyinə və şaxtaya davamlığ markasına görə betonun alınmasını təmin etməlidir. İşçi armatur üçün mühafizə qatının qalınlığı işçi çertyojda (çertyoj-cizgi) göstərilən qiymətə uyğun olmalıdır. Örtük panelin səthi rənglənməyən uyğun hazırlanması, həmin səthdə betonun axmasına, yağlı və paslı ləkələrin boşluğların, hava məsamələrinin (deşiklərinin) olmasına imkan verilməməli, dəmir-qoyma (qoşma) detallar və armaturların çıxış hissələri paslanmadan mühafizə edilməlidir.
Aparılan müayinələr inşaat konstruksiyaları və qurğular üçün səciyyəvi defektləri aşkar etməyə, konstruksiya üçün hesabat metodların dəqiqləşdirilməsinə, onların konstruktiv sxemlərinin inşaat konstruksiyalarının hazırlanması texnologiyasının və quraşdırılmasının (montajının) mükəm-mələşdirilməsinə imkan verir.
Mühəndis qurğularının və binaların inşaat konstruksiyalarının müayinə metodlarının effektini Mexiko şəhərində binaların tikintisi zamanı aparılan antiseysmik tədbirlərin işlənməsi misalında göstərmək olar. 1985-ci ildə Mexikada baş verən zəlzələ 500 tikilinin, həmçinin 40-a qədər hündür binanın dağılmasına səbəb olmuşdur. Bununla belə seysmik aktiv zonada yerləşən bir çox uca binalar əhəmiyyətsiz zədələr almışdır. Ona görə ki, həmin binalar seysmik effektlərin azalmasını nəzərə alan konstruktiv qərarlar əsasında tikilmişdir.
Qurğuların sınağının əsas məsələsi inşaat konstruksiyasının real vəziyyəti ilə onun hesablama sxemi arasında uyğunluq yaratmaqdan ibarətdir.Mühəndis qurğuları mürəkkəb gərginlik-deformasiya halı şərtləri daxilində işləyən və fəza konstruksiyalarından ibarət böyük sayda elementlərdən ibarətdir, zəruri mürəkkəb mexaniki sistemləri əhatə edir.
Müasir inşaat mexanikasının sürətli inkişafına və hesablamalarda EHM (ƏBM) istifadə edilməsinə baxmayaraq real konstruksiyanın vəziyyətini xarakterizə edən əsas xassələrini özündə cəmləşdirən hesablama sxemlərinin idealizmi zəruriyyəti meydana çıxır.
Konstruksiyanın ayrı-ayrı elementlərinin hazırlanması, göndərilməsi (nəqliyyatla) və quraşdırılması (montajı) prosesləri verilmiş ölçülərdən təsadüfi kənara sapmalara (çıxmalara) imkan verilməsinə öz təsirini göstərir. Bu kənara çıxmalar texnoloji yolverməzlərə uyğun nizama salınır.
Sınaqların məqsədi - mühəndis qurğuların konstruksiyaların və elementlərin hazırlandığı materialların vəziyyətini aşkar etməkdir. Sınaqlar laboratoriyalarda və həmçinin təbii şəraitdə aparıla bilər.



Yüklə 22,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin