NERİT ÇÖKÜNTÜLƏRİ – dayaz dəniz çöküntüləri. Nerit sahədə
əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir.
N.ç. kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının
çoxluğu ilə xarakterizə olunur.
NEYSTON (yun. neustos - üzən) – Su səthində üzən və ya suyun
üst təbəqəsinə bərkinən (altdan və ya üstdən) orqanizmlərin məcmusu.
Onlara əsasən ibtidailər, birhüceyrəli yosunlar, gənələr, milçəklərin sür-
fələri daxildir. Pleyston orqanizmləri ilə birlikdə su ekosisteminin xüsu-
si biohorizontunu yaradır.
Dostları ilə paylaş: |