NEKTOBENTOS (yun. nektos - üzən) – su hövzəsinin dibində və
suyun dərinliklərində yaşayan heyvanların məcmusu.
NEKROFAQ (yun. nekros – ölü və faq) – ölü heyvanlarla qidala-
nan orqanizmlər. Bax: saprofaqlar.
NEKROFİT (yun. nekros – ölü və fit) – ölü üzvi substratda inkişaf
edən bitki.
NEKROPLANKTON – hidrobiontların cəsədlərindən yaranan
plankton. N.-un çoxluğu su mühitini kəskin pisləşdirə bilər, belə ki, ölü
üzvi maddələr oksidləşdikdə çoxlu miqdarda oksigen sərf olunur («za-
mor»” əlamətləri müşahidə olunur), üzvi maddələrin parçalanan
məhsulları CO
2
, metan, hidrogen-sulfid və digər avtoxton zəhərli (tok-
sik) maddələrin konsentrasiyası yüksəlir.
Dostları ilə paylaş: |