NARKOTİK BİTKİLƏR (yun. narke – donub qalma, quruyub
qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran,
tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra N.b.-
dən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. N.b.-də təsiredici maddə
alkoloidlərdir; N.b.-dən alınan preparatlardan çox istifadə etdikdə nar-
komaniya baş verir. N.b.-in əksəriyyəti ali bitkilərə aiddir. N.b.-in ço-
xuna Cənubi və Şimali Amerikanın, Mərkəzi Asiyanın tropiklərində
təsadüf olunur. Tiryək, xaş-xaş, hind çətənəsi (kənaf), kokain kolu, bir
sıra dərman bitkiləri və zəhərli bitkilər N.b-dir.
NASTİRLƏR – müxtəlif təsirlər nəticəsində (istilik, işıq, rütubət)
bitki orqanlarının hərəkəti.
NEFT – maye qazıntı yanacağı olub bitki və heyvan biokütləsinin
anaerob mikrobioloji parçalanmasının məhsuludur. Dünyada istehsal
olunan neft quyularının qazılması yolu ilə əldə edilir. Neftin istehsalı,
nəqliyyatı və emalı ekoloji təhlükə yaradır.
323
Neftin emalı zamanı çoxlu miqdarda toksik maddələr atmosferə və
suya düşür.
Dostları ilə paylaş: |