ORNİTOXOR BİTKİLƏR – meyvə və toxumları quşlar vasitəsilə
yayılan bitkilər. Ç.Darvin bir kəkliyin ayağındakı bir parça palçıqdan 92
növə aid olan bitki toxumu müəyyən etmişdir.
ORNİTOXORİYA – spor, toxum və meyvələrin quşlar tərəfindən
yayılması. Bax. Allaxorlar.
ORNİTOQAMİYA –bitkilərin quşlarla tozlanması. Subtropik və
tropiklər üçün səciyyəvidir.
ORNİTOLOGİYA (yun. ornis - quş) – zoologiyanın quşları,
onların embriologiyasını, morfologiya, fiziologiya, ekologiya, sistema-
tika və coğarifi yayılmasını öyrənən sahəsi.
OROFİTLƏR (yun. oros - dağ) – dağ şəraitində yayılan bitkilər.
OROQRAFİK FAKTORLAR, geomorfoloji faktorlar –
landşaftın strukturundan (relyefi və cəhətilə) asılı olan faktorlar, heyvan
və bitkilərin rast gəlinməsinə və bolluğuna (zənginliyinə) təsir göstərir.
OROQRAFİYA (yun. oros – dağ və grapho - təsvir) –
geomorfologiyanın bir bölməsi; relyef formalarını (silsilə, yüksəklik,
çökəklik və s.) yerləşməsi, onların ölçüsü, hündürlüyü və istiqamətini
öyrənir.
Dostları ilə paylaş: |