ORTA HƏYAT UZUNLUĞU – fərdlərin orta yaşı; fərdin
yaşlarının cəminin onun sayına nisbəti ilə müəyyən edilir.
OSMOTİK TƏZYİQ – termodinamik parametr; məhlulun, saf
həlledici ilə təmasda olduğu zaman həll olan maddə və həlledici maye
molekullarının qarşılıqlı diffuziya nəticəsində konsentrasiyanın
azalmasına meyl göstərməsini xarakterizə edir. Heyvan, bitki və
mirkoorqanizmlərin hüceyrələrində və bioloji mayelərdə O.t. onların
maye mühitlərində həll olmuş maddələrin konsentrasiyasından asılıdır.
O.t.-in nisbi sabitliyi su-duz mübadiləsi (yəni su və duzların sorulması,
paylanması, işlədilməsi və ifraz edilməsi) yolu ilə təmin olunur. Hipe-
rosmotik orqanizmlərdə daxili O.t. xarici O.t.-dən böyük, hipossmotik
orqanizmlərdə isə kiçikdir. İzoosmotik orqanizmlərdə hər iki O.t. bir-
birinə bərabərdir.
OT ÖRTÜYÜ – hər hansı bir ərazini örtən ot bitkilərinin məcmusu.
Dostları ilə paylaş: |