ÖLÜM (MƏHVOLMA) FAİZİ – populyasiyada fərdlərin məhv
olması ilə əlaqədar saylarının azalması. Fəlakətli xarakter daşıya bilər
(məs. kəskin vaxtsız şaxtalar nəticəsində), bu zaman populyasiyanın
sıxlığı o qədər əhəmiyyət daşımır, orta səviyyəli (ordinar) xarakter
daşıdıqda isə xarici amillərin məhv olma faizinə təsiri populyasiyanın
sıxlığının artması ilə əlaqədar yavaş-yavaş, müəyyən mərhələdə isə
kəskin çoxala bilər. Müəyyən ərazidəki populyasiyada ölən və ya məhv
olan fərdlərin ümumi fərdlərə nisbəti (Çox vaxt 100 və ya 1000 fərdə
görə).
ÖMÜR – orqanizmin (fərd, populyasiya, növ, biosenoz) yaşama
müddəti. Fərdin ömrü doğulduğu vaxtdan ölənə qədərki yaşamasıdır.
Fizioloji ömür (yaşama imkanı) real ömürdən xeyli uzundur.
Populyasiyanın, növün və biosenozun ömrü onun əmələ gəlməsindən
tələf olmasına qədərki həyatıdır.
ÖRDƏKLƏR qazkimilər dəstəsinin ördəklər fəsiləsindən müxtəlif
cinsli quşlar qrupu. Çəkisi 300-1700 q olur. Azərbaycanda 23 növü var.
Əksəriyyəti Xəzər dənizinin cənubunda qışlayır. Ev ördəyinin əcdadı
yaşılbaş ördəkdir. Qiymətli sənaye növləri: yaşılbaş ördək, bizquyruq
ördək, enlidimdik ördək, fitləyən cürə və s. var.
Dostları ilə paylaş: |