OTTARLALI ƏKİNÇİLİK SİSTEMİ – tarla və yem-səpin
dövriyyəsində şumun bir hissəsinin çoxillik paxlalılar və ya qırtıc otu
altında olması həm yem bazasını, həm də torpağın münbitliyini
yüksəltmək üçün təbii vasitədir. O.ə.s. kifayət qədər rütubət olan
rayonlarda tətbiq olunur. Bax. əkinçilik sistemi.
OTURAQ QUŞLAR – bütün ilboyu bir yerdə yaşayan, orada
yuvalayıb, oradaca çoxalan quşlar: sərçələr, zığzığlar, arıquşuları və b.
O.q.-rın çoxu qış üçün özünə ehtiyat yem toplayır.
OTYEYƏNLƏR (Psocoptera) – xırda cücü dəstəsi, qanadları
pərdəşəkillidir, 1500-dən çox, o cümlədən Azərbaycanda 5 növü var. O,
ağac və bitki qalıqları içərisində, evlərdə, quş və cücü yuvalarında
yaşayır. Ərzaq məhsullarına, bitki və heyvan kolleksiyasına, kitaba və s.
zərər vurur. Azərbaycanda «kitab biti»” adlı növ geniş yayılmışdır.
OV – vəhşi heyvanların və quşların əldə edilməsi; insanın təsərrüfat
fəaliyyətinin ən qədim sahələrindən biri. Müasir O.-da ən çox O.
tüfəngləri və torlar, özütutan taxta tələlər, tazılar, alıcı quşlar və s. geniş
istifadə edilir.
OV FONDU – ov heyvanları növlərinin (populyasiya və s.)
məcmusu, onların sayı və keyfiyyəti.
OV HEYVANLARI – sistematik olaraq ov obyektləri sayılan vəhşi
heyvanlar və quşlar.
Dostları ilə paylaş: |