QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə759/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   755   756   757   758   759   760   761   762   ...   1096
PESSİMUM ZONA (lat. pessimum – ən pis) – ekoloji faktorun or-

qanizmin (populyasiyanın) fəaliyyətinin məhv olması baş verən dəyişmə 

diapozon sahəsi (optimumdan kənarda). 

PESTİSİD QALIĞI  – istifadə zamanı  dəyişikliyə  uğramayan ilkin 

birləşməsi və ya transformasiyasının toksik məhsulları. 



PESTİSİDİN YOXA ÇIXMASI (İTMƏSİ) – inaktivasiya, miqra-

siya, yuyulma, uçma, təbəxür və başqa proseslər nəticəsində  ətraf 

mühitdən pestisidin kənarlaşdırılması.  

PESTİSİDLƏR  (lat. pestis – yoluxma) – Bitki zərərverici və 

xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, oduncağa, pambıq 

məmulatları, yun, dəri, həmçinin insan və heyvanlarda təhlükəli xəstəlik 

yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddələr. P. 

aşağıdakı  əsas siniflərə bölünür: akarisidlər-gənələrlə mübarizədə 

istifadə edilən maddələr; antifidinqlər-cücüləri onların qidalandığı 

şeydən qorxub çəkindirən maddələr; insektisidlər-zərərli cücüləri məhv 

edən maddələr; herbisidlər – alaq bitkilərinə qarşı mübarizədə istifadə 

edilən preparatlar; zoosidlər – zərərli onurğalı heyvanları  məhv edən 

zəhərlər; bakterisidlər, virusosidlər, funkisidlər-bitkilərdə viruslu və 

göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən maddələr; 

nematosidlər – bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə 

qurdları  məhv edən preparatlar; molyuskosidlər-zərərli ilbizləri məhv 

edən maddələr. P-lə  işləyərkən fərdi mühafizə vasitələrindən (xüsusi 

geyim və ayaqqabılar, respirator, əleyhqaz, qoruyucu gözlüklər və s.-

dən) istifadə edilməlidir. P.-dən düzgün istifadə etmədikdə o, insana, 

həmçinin arıya və bitkilərin tozlanmasına kömək edən başqa cücülərə, 

balıqlara, quşlara, vəhşi heyvanlara, həmçinin bütün təbiətə mənfi təsir 

göstərir. 



 

353 


 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   755   756   757   758   759   760   761   762   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin