AEROBLAR, AEROB ORQANİZMLƏR (aero və bios – həyat) –
Üzvi mənşəli maddələrin oksidləşməsi yolu ilə sərbəst oksigen olan
şəraitdə inkişaf edə bilən orqanizmlər. Demək olar ki, bütün heyvanlar,
bitkilər, insan, habelə mikroorqanizmlərin çoxu aerob orqanizmlərdir.
AEROBİOS – sərbəst oksigenli mühitdə həyat. A. heyvanların və
mikroorqanizmlərin böyük əksəriyyəti üçün xarakterikdir.
AEROFİTLƏR – özlərinə lazım olan qida maddələrini yalnız
atmosferdən alan bitkilər. Bura çiçəkli bitkilərdən səlbkimilər və brome-
liya fəsilələrinə mənsub bütün epifitlər, sporlulardan – ağac qabığı,
gövdəsi və budaqları. eləcə də torpağın üstündə inkişaf edən bəzi ma-
mır, yosun və şibyə növləri daxildir. A. başqa bitkilərin üzərində
olduğuna baxmayaraq, müstəqil qidalanır. Yağıntısız dövrlərdə aerofit
şibyə və mamır tamamilə quruyur, lakin məhv olmur, əlverişli şəraitdə
yenidən inkişafa başlayır.
Dostları ilə paylaş: |