3
Azərbaycanda ekologiya və təbiəti
mühafizə elmlərinin banisi akademik
HƏSƏN ƏLİRZA OĞLU ƏLİYEVİN xatirəsinə
ithaf olunur.
GİRİŞ
İnsan özü üçün nə lazımsa təbiətdən alır: hava, su, maddi nemətlər,
sənaye üçün xammal və s. Bu sərvətlərdən yüz illərdən bəri kortəbii isti-
fadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə
məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə
daha da kəsginləşmişdir.
Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birinə sıxı bağlı
mexanizmlərini bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən
təbiətdən, onun resurslarından səmərəli istifadə etmək, təbii mühiti
həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil.
Bu baxımdan, ekologiya elminə tələbat və maraq günü-gündən artır.
Müasir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alim və
mütəxəssislərin, müəssisə və dövlət rəhbərlərinin diqqət mərkəzindədir.
Ekologiya elmi nisbətən yeni elm olub onun xüsusi sahələri sürətlə
inkişaf etməkdədir. Məsələn: bitkilərin ekologiyası, heyvan ekologiyası,
torpağın ekologiyası, suların, dənizlərin ekologiyası, atmosferin,
hidrosferin ekologiyası, kənd təsərrüfatının, sənayenin ekologiyası,
nəqliyyatın, şəhərlərin ekologiyası, ekoloji biologiya, sosial ekologiya
və onun tərkibinə daxil olan insan ekologiyası, kosmik ekologiya və s.
Odur ki, son 30-40 il ərzində ekologiya yalnız biologiya elmləri deyil,
həm bütün təbiət, həm də sosial və iqtisad elmləri arasında populyar,
tətbiqi elm sahəsinə çevrilmişdir.
Biosfer resurslarından və planetimizin bütün təbii sərvətlərindən,
həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması və
qorunması problemləri bu gün müharibə, sülh, ərzaq, ictimai və s.
problemlərdən az əhəmiyyət daşımır. Buna görə də ekologiya və ətraf
mühitin mühafizəsi qanunauyğun surətdə elmin ön sırasında durur.
Elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi, söz yox ki,
cəmiyyətə böyük fayda verir: əhalinin ümumi güzarınının inkişafına şərait
yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını
alır, insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə azalır.
Lakin cəmiyyət sivilizasiyasının inkişafı bir sıra neqativ ekoloji
hadisələrlə də nəticələnir: təbii resurslar tükənir, ətraf mühit
çirklənməyə məruz qalır, antropogen təzyiqin güclənməsi ilə təbii
ekosistemlərin kasatlaşması (Yer üzərindən bir çox bitki və heyvan
növlərinin sıradan çıxması ilə əlaqədar) və deqradiasiyası nəticəsində
biosferin buferliyinin (tarazlığının) pozulması müşahidə olunur və s.
Bütün bu hadisələrin təzyiqi altında bəzən qlobal ekoloji böhranın,
ekoloji faciənin mümkünlüyü fikri meydana çıxır.
Ekologiya və ətraf mühit haqqında olan elmlərin son tətbiqi nə-
ticələri aşağıdakılardan ibarət olmalıdır: müasir və gələcək nəsilləri sağ-
lam ətraf mühitlə təmin etmək üçün elmi əsaslar hazırlamaq; resursların
4
mühafizəsi və tullantısız texnologiyanın ekoloji əsaslarını aşkar etmək;
optimal və etibarlı fəaliyyət göstərən süni (antropogen) ekosistemlər
(xüsusilə kənd təsərrüfatı yaratmaq; rəsmi və qeyri-rəsmi səviyyələrdə
ekoloji təhsilə və əhalinin bütün təbəqələri arasında ekoloji mədəniyyətə
yiyələnmək. Əsaslı ekoloji tədqiqatlar məhz bu vəzifələrin həyata
keçirilməsi istiqamətinə yönəldilməlidir.
Oxuculara təqdim etdiyimiz məlumat kitabına sırf ekoloji deyil, həm
də ekologiya ilə bağlı olan müxtəlif təbiət elmlərinə aid termin və
anlayışlar daxil edilmişdir.
Məlum olduğu kimi, bütün orqanizmləri, o cümlədən, insanı əhatə
edən mühit fiziki, kimyəvi və antropogen komponentlərin vəhdətindən
ibarətdir. Buna görə də kitabda verilən geokimya, coğrafiya, geologiya,
fizika, kimya, kənd təsərrüfatı, biologiya və digər elmlərə aid termin və
anlayışlar konkret halda ekoloji kontekstdə izah olunmuşdur.
Məluma kitabına aşağıdakı mövzular daxil edilmişdir: geosistemin
və geosferin (atmosfer, biosfer, hidrosfer, litosfer) quruluşu; həyat
mühiti elementləri və faktorları; orqanizmlərin ekoloji modifikasiyası;
orqanizmlərin arealları; fərd, populyasiya və qruplaşmalarda gedən
proseslər; həyat mühitinin genetik-evolyusiya aspektləri; insanla ətraf
mühit və insanla bitki, heyvanat aləmi arasındakı qarşılıqlı əlaqələr;
ekosistemlərin təbii və antropogen dinamikası; xüsusi mühafizə olunan
təbii ərazilər və obyektlər; təbiəti mühafizə tədbirləri; pestisidlər və ətraf
mühitin antropogen çirklənməsi ilə əlaqədar problemlər; təbii resursların
istifadəsi və bərpa olunması üzrə əsas tədbirlər; canlı təbiətin
mühafizəsinə yaxın olan əsas bilik sahələri.
Ekoloqların məlumat kitabının tərtibində göstərilən mövzular üzrə
MDB dövlətlərində və xaricdə nəşr olunmuş bir çox mövcud xüsusi
lüğət və ensiklopediyalardan istifadə edilmişdir.
Kitabdakı termin və ifadələrin izahı respublikamızın ərazisində baş
verən ekoloji proseslər və təbiəti mühafizə məsələləri ilə zənginləşdiril-
mişdir.
Hazırda respublikamızda ekoloji mühitin pozulması ilə əlaqədar
meşələrin, çəmənlərin kənd təsərrüfatına yararlı torpaqların azalması,
bəzi yerlərdə tamamilə sıradan çıxarılması, ətraf mühitin, Kür, Araz və
digər çayların, torpağın, havanın çirklənməsi, bir sıra bitki və heyvan
növlərinin məhv edilməsi ekologiya və təbiəti mühafizə istiqamətində
geniş izahlı məlumat kitabına ehtiyac olduğunu sübut edir.
Məlumat kitabının bu nəşrinə 600-dən artıq termin və anlayışlar, (o
cümlədən sosial-ekoloji) əlavə edilmiş, 1000-ə yaxın ekoloji terminin
kökü, mənşəyi əsasən (yunan, latın, qismən ingilis, alman, fransız,
italyan, ispan) göstərilmişdir. Məlumat kitabı illüstrasiya materialları ilə
zənginləşdirilmişdir. Akademik Həsən Əliyevin Həyəcan təbili
kitabındakı rəngli şəkillərdən də istifadə edilmişdir.
Geniş oxucu kütləsinin ekoloqların məlumat kitabına verəcək məslə-
hətlər və ya iradlara görə müəlliflər əvvəlcədən öz təşəkkürünü bildirir.