ABİOTİK MÜHİT – bax: abiotik amillər
ABİSESTON – suda asılı vəziyyətdə qalan abiotik hissəciklər.
ABİSSAL SAHƏ (yun. Abussos – dibsiz) – okean dibinin 2500-m-
dən dərin olan sahəsi (6000-7000 m-ə qədər). Bu sahə qaranlıq olub,
temperaturu daima aşağıdır, bitkisi bəzi bakteriyalardan və bir neçə növ
saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük
gözləri vardır, bir çox orqanizm isə özü işıq verir.
ABLYASİYA (lat. ablatio – aparılma) – 1) isti qazın axını ilə bərk
cismin səthindən maddələrin aparılması (texn); 2) buzlağın və qar
örtüyünün əriməsi və buxarlanması nəticəsində kütləsinin azalması.
ABORİGEN NÖVLƏR, AVTOXTONLAR (lat. aborigine -
başlanğıcdan) – başlanğıcdan təkamül prosesində yarandığı yerdə
hazırda da yaşayan orqanizmlər (flora və fauna)olub çox vaxt relikt növ-
lərdir. Məsələn, Avstraliyada evkalipt. Flora və faunanın analizi vaxtı
genoelementlərin xüsusi qrupunu birləşdirir. 2) müəyyən ərazinin
qədimdən məskunlaşan ilkin sakinləri (əhalisi).
Dostları ilə paylaş: |