6
A
ABADLAŞDIRMA (ərazini) – hər hansı bir sahədə əhalinin yaşayışı,
işləməsi və istirahəti məqsədilə texniki və estetik şərait yaratmaq (məs.
suyun, kanalizasiyanın çəkilməsi, cığır açmaq, parkda skamyalar qoymaq,
bədii, mənzərəli guşələr düzəltmək və s).
ABİOGENEZ – termin Yerdə həyatın mənşəyi nəzəriyyəsinə aiddir:
ilkin oksigensiz atmosferdə qeyri-üzvi (bioloji) reaksiyalar, yəni canlı
orqanizmlər iştirak etmədən üzvi birləşmələrin əmələ gəlməsi prosesi.
ABİOSFER – Litosferin canlı orqanizm və biogen maddələrin
təsirinə məruz qalmayan qatı.
ABİOTİK AMİLLƏR – Canlı orqanizmlərə təsir göstərən qeyri-
üzvi mühit şəraitinin məcmusu. A.a. kimyəvi (atmosferin, dəniz suları-
nın, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim
(temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, kosmik radiasiya,
günəş radiasiyası və s.) amillərinə bölünür. A.a.-in canlı orqanizmlərə
təsirini ekologiya elmi öyrənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın
strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir
göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş
A.a.-ri nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
Dostları ilə paylaş: