AKRODENDROFİL HEYVANLAR –
əsasən ağacların
çətirlərində yaşayan orqanizmlər. (müxtəlif həşəratlar, çətirlərdə yuva
quran quşlar və s.).
AKROFİL BİTKİLƏR – dağ-alp zonasını üstün tutan bitki
qrupları.
AKSELERASİYA – fərdlərin böyümə və yetişməsinin kəskin
tezləşməsi, həmçinin onların ölçüsünün artması. İnsan cəmiyyətində
akselerasiya onu əhatə edən ətraf mühitin kompleks faktorlarının təzyiqi
altında gedir.
AKTİNOMETRİYA (yun. aktis - şüa) – 1) işığın intensivliyinin öl-
çülməsi; 2) meteorologiyanın atmosfer şəraitində günəş, yer və atmosfer
şüalanmasını öyrənən bölməsi.
AKTİV TEMPERATUR – bu və ya digər bitki və heyvan
növlərinin yayılmasını təyin edən temperaturlar.
AKTİVLƏŞDİRİLMİŞ KÖMÜR – məsaməli strukturlu yüksək
dərəcəli adsorbsiyalı kömür. Havada və suda olan zərərli maddələrin
udulması üçün süzgəclərdə (filtrlərdə) istifadə olunur.
Dostları ilə paylaş: |