13, Azərbaycanda 7 növü məlumdur. Çöl ağcaqayını (A. campestre),
13
Sivriyarpaq ağcaqayın
Trautvetter ağcaqayını
AĞIR METALLAR – xüsusi çəkisi 4,5 q/sm
3
-dan artıq olan
kimyəvi elementlər. 40-dan artıq –
qurğuşun, kadmium, civə, sink, mo-
libden, marqans, nikel, titan, kobalt, mis, vanadium, qalay və b.
A.m.-ın tərkibində insanın həyatı üçün vacib olan metallar (sink,
dəmir, marqans, mis) və orqanizm üçün toksik maddələr (kadmium,
civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib olan A.
m.-ın konsentrasiyası artıq olduqda onlar insan üçün təhlükəli olur.
İnsanın sağlamlığı üçün təhlükəliyinə görə A.m. 3 sinfə bölünür: I sinif
– arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink; II sinif – ko-
balt, xrom, mis, molibden, nikel, antimon; III sinif – vanadium, barium,
volfram, marqans, stronsium. A.m. ətraf mühitə çirkab suları, sənaye
müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur.
Dostları ilə paylaş: