QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə808/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   804   805   806   807   808   809   810   811   ...   1096
REKREASİYA MEŞƏLƏRİ  –  Əhalinin kütləvi istirahət və 

əyləncə məqsədi üçün ayrılmış meşə sahələri. Bu məqsədlə təşkil olunan 

yaşıl zonalar, meşə-parklar təbii meşələr fonunda yaradılır və meşələrin 

normal funksiyası saxlanılmaqla rekreasiya həcmi artırılır. Belə ki, 

meşə-parklar yaradarkən orada meşə landşaftları, çəmənlik sahələri, 

ayrı-ayrı meşə talaları öz təbii halında saxlanılır. Eyni zamanda burada 

bir sıra tədbirlər sistemi də həyata keçirmək lazım gəlir. Meşə-parklarda 

çəmənliklər, idman meydançaları, gündəlik istirahət üçün evlər və s. 

yaradılması  məsləhətdir. Park və qoruqdan fərqli olaraq R.m-nə  gələn 

vətəndaşlar müxtəlif istiqamətlərdə  gəzintiyə  çıxmaq, çiçək, göbələk, 

meyvə, giləmeyvə, dərman bitkisi yığmaq, balıq tutmaq imkanına malik 

ola bilər. Ona görə  də R.m.-ndə xüsusi yollar, cığırlar  şəbəkəsi də 

planlaşdırılır. 

Respublikamızda R.m. əsasən sanatoriya və kurortlar ətrafında 

(İstisu, Şuşa, Şəki, Abşeron, Yalama) meşəli rayon mərkəzləri tərafında 

yerləşir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   804   805   806   807   808   809   810   811   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin