QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə809/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   805   806   807   808   809   810   811   812   ...   1096
REKREASİYA OBYEKTİ  – istirahət üçün ayrılmış kiçik təbiət 

sahəsi(göl, nohur, meşə talası və s.). 



REKREASİYA POTENSİALI – təbiət ərazisinin insana müsbət fi-

ziki, psixoloji təsir bağışlaması xassəsi. Bu əsasən istirahət vaxtı təzahür 

edir. 

REKREASİYA RESURSLARI – insanın istirahətini təmin edən, 

onun sağlamlığını və əmək qabiliyyətini bərpa edən təbii resurslar. 



REKREASİYA SU HÖVZƏSİ  –  əhalinin kütləvi istirahəti 

məqsədilə istifadə etdiyi su hövzəsi. 



REKREASİYA YÜKÜ – istirahət edənlərin (balıqtutma, turist, 

ovçu və s.) və onların nəqliyyat vasitələrinin təbii komplekslərə  və re-

kreasiya obyektlərinə bilavasitə  təsir dərəcəsi. Vahid sahəyə  və ya re-

kreasiya obyektinə bir gündə gələn adamların sayı ilə ifadə olunur. 



REKULTİVASİYA (re... və lat. cultivo - becərirəm) – Torpaqların 

məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün 

kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından 

istifadə etdikdə  (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış  işləri 

zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü 

pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen re-

lyef əmələ gəlir və s. R. nəticəsində pozulmuş torpaq sahələrindən kənd 

təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, re-




 

373 


 

kreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. Torpağın 

rekultivasiyası adətən iki mərhələdə yerinə yetirilir: a) texniki (səthin 

planirovkası, onun münbit qatla örtülməsi və ya torpağın 

yaxşılaşdırılması, yolların salınması, hidrotexniki və meliorativ 

qurğuların tikilməsi və b.) bioloji (rekultivasiya aparılan sahədə aqro-

texniki və fitomeliorasiya tədbirləri yerinə yetirərək münbitliyi bərpa 

etmək, torpaqəmələgəlmə prosesini sürətləndirmək, flora və faunanın 

bərpasına şərait yaratmaq). Bax: torpağın rekultivasiyası. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   805   806   807   808   809   810   811   812   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin