Qeydiyyat №2693 “31” may 2001-ci IL


 Maşın və aqreqatların tozsuzlaşdırma qurğusunun hava təmitzləyici süzgəci, təcid (ayrıca izolə) edilmiş otaqda yerləşdirilməlidir. 7.19



Yüklə 41,72 Kb.
səhifə14/17
tarix14.02.2022
ölçüsü41,72 Kb.
#52531
1   ...   9   10   11   12   13   14   15   16   17
YTQ

7.18. Maşın və aqreqatların tozsuzlaşdırma qurğusunun hava təmitzləyici süzgəci, təcid (ayrıca izolə) edilmiş otaqda yerləşdirilməlidir.

7.19. Avadanlıqlardan ayrıları, dövr edən tozlu hava, süzgəclərin köməyi ilə, iki mərhələli təmizlənməyə məruz qalmalıdırlar.

 

8. Yanğına qarşı su təchizatına dair tələblər.



8.1. Yanğına qarşı su təchizatı xətləri saz vəziyyətdə olmalıdır və yanğının söndürülməsi üçün tələb olunan suyun sərfi normasının tələblərini ödəməlidir. Onların iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmalıdır (yazda və payızda). Yanğın hidrantları daima saz vəziyyətdə saxlanılmalıdır. Hidrantlar yerləşən sahələrdə su xəttində suyun kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan az olması halları aşkar edildikdə yanğından mühafizə xidmətinə xəbər verilməlidir.

Müəssisələrin yanğın nasoslarının elektrik mühərrikləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməlidir.



8.2. Yanğın baş verən zaman işə salmaq və lazımı miqdarda su ehtiyatı yaratmaq və həmin sahədə suyun sərfini artırmaq üçün, su sayğacı quraşdırılmış yerdə, diametri su xəttinin giriş yerindən az olmayan əlavə su xətti quraşdırmalı və ona ventil qoymalı. Ventili “Yanğın baş verdikdə açmalı” sözləri yazılmış lövhə ilə təmin etməli.

8.3. Hidrantlar və su hovuzları, onlara yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq göstəricilərlə (işıqlandırıcı və ya işıq əks etdirən xüsusi təbəqə ilə örtülmüş göstəricilər) təmin edilməlidirlər. Göstəricidə su mənbəyinə qədər olan məsafə rəqəmlərlə dəqiq olaraq qeyd edilməlidir.

Hər bir yanğın hidrantı “YH” yazılmış işıqlandırıcı ilə və ya işıqlandırıcı (flyüoreset) göstəriciləri ilə təmin edilməlidir. Göstəricilərdə, eləcə də hidrantın nömrəsi, göstəricidən hidranta qədər olan məsafə (m), daxili diametri (mm) və onun növü (dairəvi və ya dalanlı) göstərilməlidir.

Yanğın su hovuzu üzərində “YSH” sözləri yazılmış işıqlandırıcı və ya flyüoreset göstəricisi ilə təmin edərək, hərflərlə su ehtiyatının miqdarı (kub.metr) göstərilməlidir.

Yanğına qarşı su hovuzları daima dolu vəziyyətdə saxlanılmalıdır. Onların su götürmə qurğuları saz vəziyyətdə olmalıdır. Yanğın avtomobillərinin, onlara sərbəst yan alıb oradan su götürməsi üçün su hovuzu ən azı 12 x 12 metr ölçüdə bərk örtüklü meydança ilə təmin edilməlidir.



8.4. Daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməlidirlər. Atıcı şlanq yanğın kranına və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdır. Yanğın kranlarını şkaflarla təmin edilməlidir. Şkafların qapılarında yanğın kranlarının nömrələri yazılaraq, bağlanıb, möhürlənməlidir.

8.5. Nasos stansiyasının otağı, xüsusi izahedici mətnlərlə yazılmış, “Yanğına qarşı su təchizatının ümumi sxemi” və “Nasosların birləşmə sxemi” ilə təmin olunmalıdır. Həmin sxemlər xüsusi çərçivəyə salınaraq, görünən yerdən asılmalıdır. Nasosxanada yerləşən hər bir siyirtmənin və su təzyiqini qaldıran nasosun təyinatları barədə göstəriciləri olmalıdır. Su təzyiqini yüksəldici nasosların dövriyyəyə qoşulması qaydası təlimatla müəyyən edilməlidir.

Nasos stansiyası üçün «Xidməti heyətin yanğın baş vermə zamanı fəaliyyəti» barədə təlimat işlənib hazırlanmalı, işçilərə imza ilə tanış etdirməklə bir nüsxəsi, nasos stansiyasının otağında görünən yerdən asılmalıdır.

Yaşayış məntəqələrinin yanğına qarşı su təchizatının nasos stansiyalarının dispetçer otağı ilə yanğından mühafizə xidmətinin rabitə məntəqəsinin dispetçer otağı aralarında birbaşa telefon əlaqəsi olmalıdır;

8.6. Su xətləri üzərində quraşdırılmış, elektrik ötürücüsü ilə açılıb-bağlanan siyirtmələrin iş qabiliyyəti ildə iki dəfədən az olmayaraq, yanğın nasoslarının iş qabiliyyəti isə ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır. Qeyd olunan avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalıdır

8.7. Obyektin ərazisində və ya yaxınlığında ( 200 m radiusunda ) təbii və ya süni su mənbələrinin (çaylar, göllər, hovuzlar, süni su kanalları və s.) mövcud olduğu halda, onlara ilin hər bir fəslində yanğın avtomobillərinin və yanğının söndürülməsində iştirak edən digər texnikanın yan alıb su götürülməsi üçün, həmin su mənbələrə bitişik 12 x 12 m ölçüdə bərk örtüklü meydança və ya körpülər qurulmalıdır.

8.8. Su təzyiqi qüllələri ilin hər fəslində yanğın texnikası ilə suyun götürülməsi üçün uyğunlaşdırılmalıdır.

Yanğının söndürülməsi üçün nəzərdə tutulmuş su ehtiyatından məişət və istehsalat məqsədləri üçün istifadə etmək qəti qadağandır.

 

9. Köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya

qurğularına olan tələblər.

9.1. Yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir.

TX və PET xüsusi təlim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.

TX üzrə və ya qurğuların dayandırılması ilə (ayn-ayrı xətlərin, xəbərvericilərin) əlaqədar təmir işləri zamanı müəssisənin rəhbəri binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün lazımı tədbirlər görməlidirlər.

9.2. Dispeçer otağında (yanğın postunda), yanğın avtomatik qurğularının nasazlığı və yanğın barədə həyacan siqnalı alındığı zaman, növbətçi heyətin fəaliyyət göstərməsi ardıcıllığı barədə təlimat asılmalıdır.

Dispetçer otağı telefon əlaqəsi və üç ədəddən və daha çox, yararlı elektrik işıqlandırıcıları ilə təchiz olunmalıdır.



9.3. Yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır.

Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır.



9.4. Yanğınsöndürmə qurğularının balonlarında və çənlərində, odsöndürücü maddənin kütləsi və ya təzyiqi onların təlimatlarında təyin olunan hesabdan 10 % və daha çox azalarsa, onlar əlavə və ya yenidən doldurulmalıdırlar.

9.5. Sprinkler qurğularının çiləyiciləri mexaniki zədələnmədən qorunmalıdırlar.

Açılan və saz olmayan çiləyicilərə tıxacların taxılması (vurulması) qadağandır.



9.6. Yanğınsöndürmə stansiyası izahedici mətnlə yazılmış boru xətlərinin sxemi və yanğın baş verən zaman qurğunu idarəetmə təlimatı ilə təmin edilməlidir.

Hər bir idarəetmə qovşağında mühafizə olunan otaqların adı, qurğu seksiyasında çiləyicilərin növü və sayı qeyd olunmuş lövhəcik asılmalıdır. Ventil və kranlar bağlama sxeminə uyğun olaraq nömrələnməlidirlər.



9.7. Qurğulara vaxtlı-vaxtında texniki xidmət göstərilməsi üçün ixtisaslaşdırılmış lisenziyası olan təşkilatlarla ( bu o müəssisələrə aiddir ki, qurğulara texniki qulluq edilməsi və xidmət heyəti saxlamağa imkanı yoxdur) müqavilə bağlanmalıdır.

9.8. Əsas və ehtiyat nasoslar, nəzarət ölçü cihazları və qapaqlar yerləşdirilmiş, yanğınsöndürmə stansiya otağının qapısında üzərində “Yanğın Söndürmə Stansiyası” sözləri yazılmış tablo olmalıdır. Stansiya daima bağlı vəziyyətdə saxlanılmalıdır. Otağın açan xidmət heyətində olmalıdır.


Yüklə 41,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin