Qeydiyyat №2693 “31” may 2001-ci IL


Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili



Yüklə 41,72 Kb.
səhifə7/17
tarix14.02.2022
ölçüsü41,72 Kb.
#52531
1   2   3   4   5   6   7   8   9   10   ...   17
YTQ

2. Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili.

2.1.        İnzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır.

2.2.        Müəssisələrdə açıq oddan istifadə edilməsi, siqaret çəkilməsi və müvəqqəti yanğın təhlükəli işlərin aparılması qaydaları yanğın təhlükəsizliyi tələbləri barədə təlimata əsasən müəyyən edilməlidir.

2.3. Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq müəssisələrdə, idarə və ya təşkilatlarda könüllü yanğından mühafizə dəstələri yaradıla bilər.

2.4. Hər bir müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməlidir. Həmin əmrdə və ya təlimatda aşağıdakılar öz əksini tapmalıdır;

-       siqaret çəkmək üçün xüsusi yerin ayrılması və ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin olunması:

-                  hazır məhsulların, yarımfabrikatların və xammalın saxlanılması üçün yerlər təyin olunmalı və malların otaqlarda eyni vaxt ərzində saxlana biləcək miqdarı nəzərə alınmalıdır;

-                  yanar tullantıların və tozların təmizlənməsi, yağlı-xüsusi geyimlərin saxlanılması qaydaları müəyyən edilməlidir;

-                  iş vaxtının sonunda və yanğın baş verən zaman elektrik avadanlıqları şəbəkədən ayrılmalıdır;

-                  müvəqqəti odlu və digər yanğın təhlükəli işlərin görülməsi qaydaları nəzərə alınmalıdır;

-                  iş vaxtının sonunda otaqlara baxışın keçirilməsi və bağlanması qaydaları göstərilməlidir;

-                  yanğın hadisəsi zamanı işçilərin hərəkəti qaydaları qeydə alınmalıdır;

-    yanğın təhlükəsizliyi əsaslarına dair dərslərin və yanğına qarşı təlimatın keçirilmə vaxtı və bu tədbirin keçirilməsi qaydaları üçün cavabdeh şəxslərin ayrılması göstərilməlidir.

2.5. Bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır.

Kütləvi insan (50 və ya çox) toplaşan obyektlərdə həmin obyekt rəhbəri tərəfindən köçürmə planına əlavə olaraq xidməti heyət üçün İnsanların yanğın yerindən köçürmə tədbirləri hazırlanmalıdır. Bu tədbirlər əsasında hər 6 ayda bir dəfədən az olmayaraq, bütün xidməti heyəti cəlb etməklə təcrübə məşğələ-təlimləri keçirilməlidir.

Gecə vaxtı insanlar olan obyektlər (uşaq bağçaları, internat-məktəblər, xəstəxanalar və sair) üçün köçürülmə təlimatı iki variantda hazırlanmalıdır: “gündüz” və “gecə” vaxtı.

2.6. İdarə, müəssisə, təşkilatın bütün əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq yanğına qarşı rejimin bütün tələblərinə ciddi riayət etməlidirlər.

 

 




Yüklə 41,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin