17ci sual
Qeyri-daimi əlavələr
Hüceyrənin protoplazmasında əsas elementlərdən və orqanoidlərdən başqa maddələr mübadiləsindən sonra əmələ gələn məhsullara da təsadüf edilir. Onlar hüceyrə törəmələri və yaxud qeyri daimi əlavələr adlanır. Bunların miqdarı bəzən az və bəzən çox olur. Bu əlavələr qida maddələri ilə əlaqədar olub hüceyrədə ehtiyyat hesab olunurlar. Qeyri daimi əlavələrin kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə onlar üç qrupa bölünürlər: piy əlavələri, zülal əlavələri və karbohidrat əlavələri. Bindan başqa hüceyrələrin protoplazmasında vitaminlərə, piqmant dənəciklərinə sekret və ekskretlərdə təsadüf edilir.
Piy və yağ törəmələri. Bu əlavələr hüceyrələrin protoplazmasında böyük və kiçik həcmli damlalar şəklində görünür. Piy damlası bəzən hüceyrənin bütün sahəsini tutur belə hüceyrələrdə sitoplazma kənarda nazik bir zolaq kimi görünür. Belə hüceyrələri piy toxumasında görmək olar.
Zülal əlavələri. Bunları ancaq yumurta hüceyrələrində görmək olar. Zülal əlavələri danələr, çöpcüklər şəklində olurlar. Zülala əlavələri rüşeimin inkişafı üçün qida maddəsi hesab olunur. Orqanizmdə olan hüceyrələrdə zülal əlavələrini ancaq xəstəlik əsnasında görmək olar.
Karbohidratlar. Bunlar heyvanı hüceyrələrdə danələr şəklində yerləşib qlikogen adlanır. Qlikogen ehtiyat qida hesab olunur. Qlikogen danələrini qara ciyər, əzələ hüceyrələrində çox miqdarda görmək olar (şəkli 7-8).
Ekskret. Maddələr mübadiləsi nəticəsində əmələ gələn və orqanizmdə lazım olmayan (sidik cövhəri öd piqmenti) maddələri ekskret adlanır.
Sekret. Bunlar hüceyrələr tərəfindən əmələ gəlib orqanizmə lazım olan fermentlər, sidik maddə hesab olunur.
Piqment əlavələri. Piqment əlavələri hüceyrənin protoplazmasında toplanıb ona rəng verir (hemoqlabin, melanin). Hemoqlabinin tərkibində dəmir olduğu üçün oksigen ilə birləşib oksihemoqlabin əmələ gətirir.
Vitaminlər. Vitaminlərdən hüceyrənin protoplazmasında “A” və “C” vitaminlərini göstərmək olar. Bu vitaminlərsiz yaşayış ola bilməz.
Qeyd edilmiş əlavələrin qeyri daimi olmalarına baxmayaraq, hüceyrənin yaşayışı üçün lazımlı hesab olunurlar.
Hüceyrənin sitoplazmasında orqanoidlərdən başqa törəmələrə də rast gəlinir. Onlar orqanoidlərdən fərqli olaraq hüceyrənin daimi strukturları olmayıb, hüceyrənin həyat fəaliyyəti (metobolizm) ilə əlaqədar olaraq yaranırlar. Odur ki, metobolik proseslərin intensivliyindən asılı olaraq törəmələr hüceyrədə toplanır hüceyrə tərəfindən istifadə edilir, azalır, bəzən itir və yenidən hüceyrədə toplana bilir. Adətən törəmələr hüceyrələrdə dənələr, damcılar, vakuollar, kristallar və s. şəklində mövcud olurlar. Törəmələrin hüceyrədə yaranması və istifadə olunması tipinə görə 3 qrupa bölürlər. 1. Trofik törəmələr. 2. Sekretor törəmələr. 3. Spesifik törəmələr. Trofik törəmələr o törəmələrdir ki, onlar maddələr mübadiləsindən sonra ehtiyat qida maddəsi kimi hüceyrədə toplanır. Trofik törəmələrin hüceyrələrdə nümayəndəsi yağ, karbohidrat və zülal törəmələridir (şəkil 51). Yağ törəmələri hüceyrələrdə iri və kiçik damlalar halında toplanır və demək olar ki, bütün hüceyrələrdə rast gəlinir. Lakin bəzi hüceyrələrdə onların miqdarı az olur, hüceyrə tərəfindən daima istifadə edilir. Bəzi hüceyrələrdə isə məs: birləşdirici toxumanın yağ hüceyrələrində, amfibi və balıqların qaraciyərin epiteli hüceyrələrində yağ törəmələri çox olur. İbtidai orqanizmlərin hüceyrələrində də yağ törəmələri çox olur. Yağ törəmələrinin hüceyrələrdə toplanmasının heç bir orqanoidlə əlaqəsi yoxdur. Onlar sitoplazmanın matriksində toplanırlar.
Bəzən yağ törəmələrinin hüceyrədə çoxalması patoloji proseslərlə əlaqədar olur. Məs: qaraciyərin, ürəyin, böyrəyin piylənməsi zamanı onların hüceyrələrində çox miqdarda yağ törəməsi toplanır. Yağ törəməsi bütün bitkilərin hüceyrələrində də rast gəlinir. Ən çox yağ törəməsi bitkilərin toxumlarında və sporlarında olur. Bəzi bitkilərdə yağın miqdarı daha çox olur. Məs: zeytunda (meyvə yanlığı hüceyrələrində, günəbaxanda (toxumda), araxisdə və s). bitki hüceyrələrindəki yağ törəmələri əsasən olein, palmitin, stearin bəzən isə liolin təbiətli olurlar. Bunlardan palmitin və stearin doymuş yağlar olub parçalananda yüksək ərimə temperaturuna malik yağ əmələ gətirirlər. Qalanları isə aşağı ərimə temperaturuna malik yağlar əmələ gətirirlər. Bu yağ törəmələrindən başğa bəzi bitkilərdə yalnız həmin bitkinin özünəxas olan spesifik yağ törəmələri olur. Məs: efir yağları. Belə yağlar çətirçiçəklilər (Apiacea), dodaqçiçəklilər (Lamiacea), ətirşah (Geraniaceac) və s. kimi sistematik qruplarda rast gəlinir. Bitkinin verdiyi iy- ətir həmin efir yağlarının miqdarından asılı olur. Efir yağları yığma qrup maddələr olub, tərkibinə azot, kükürd, alfatik terpenlərdən heraniol və s. daxil olur. Efir yağları bitki hüceyrələrinin sitoplazmasında olduğu kimi hüceyrəarası maddədə də rast gəlinir. Karbohidrat törəmələrinə hüceyrədə yığınlar və dənələr şəklində rast gəlinir. Heyvan hüceyrələrində karbohidrat törəmələrinin nümayəndəsi qlikogen, bitkilərdə isə nişastadır. Bu törəmələr də digər törəmələr kimi işıq mikroskopunda aydın görünür. Bütün heyvan hüceyrələrində qlikogen törəməsinə rast gəlinməsinə baxmayaraq o, ən çox əzələ hüceyrələrində, neyronlarda, qaraciyər hüceyrələrində rast gəlinir. Qlikogen hüceyrədə parçalanaraq enerji ayrılır və hüceyrə həmin enerjidən həyat fəaliyyəti prosesləri üçün istifadə edir. Elektron mikroskopu vasitəsilə qaraciyər hüceyrələrinin nüvələrində də qlikogen törəməsi tapılmışdır. Bu cür qlikogen ölçüsünə görə sitoplazmadakı qlikogendən kiçik olur. Qaraciyər hüceyrələrindəki qlikogen şəkər mübadiləsində artıq qalan qlükozadır ki, qan vasitəsilə qaraciyərə gətirilir və qlikogenə çevrilir, qanda şəkərin miqdarı azaldıqda isə qlikogen parçalanaraq qlükozaya çevrilərək qanda şəkərin miqdarının sabitliyini təmin edir. Karbohidrat törəmələrinin bitki hüceyrələrindəki nümayəndəsi nişastadır. Nişasta bitki hüceyrələrində müxtəlif forma və ölçüdə 130 toplanır. Yumru, oval, mərciməkvari, çubuqşəkilli və s. Nişasta törəmələrinin forması hər bir bitki növünün özünəməxsusdur. Nişastanın ilkin sintezi xloroplastlarda gedir. Sonradan isə nişasta dənələri müxtəlif toxumalara ötürülür. Məlum olmuşdur ki, nişasta dənələri xloroplastlarda əmələ gəldikləri hissə ilə birgə qoparaq birlikdə toxumalara ötürülür. Elektron mikroskopu ilə nişasta dənəsinin öyrənilməsi göstərmişdir ki, hər bir nişasta dənəsi ayrı-ayrı qatlardan ibarət olub, hər qatdan isə radial iynəvari kristallar keçir. İbtidai bitkilərdə karbohidrat törəməsi nişastaya oxşar paramiloidlər və qırmızı yosun nişastalardır. Zülal törəmələri – digər törəmələrə nisbətən hüceyrədə az rast gəlinir. Lakin bütün hüceyrələrdə olur. Heyvanlarda ən çox yumurta hüceyrələrində rast gəlinir. Formaca şar, lövhə, çubuq və s. şəklində olurlar. Əksər onurğalıların qaraciyər hüceyrələrində, ibtidailərdən balıqların dərisində parazitlik edən ixtioftrius infuzorlarında zülal törəmələri çox olur. Bitkilərdə zülal törəməsi aleyron dənələri şəklində rast gəlinir. Aleyron dənələri də əsasən rüşeym hüceyrələrində və endospermdə olur. İstər heyvanlarda istərsə bitkilərdə zülal törəməsindən rüşeymin inkişafı prosesində əlavə qida maddəsi kimi istifadə edilir. Aleyron dənələri vakuolların suyu itirməsi nəticəsində bərkiməsi sayəsində əmələ gəlir. Zülal törəməsinin ölçüsü və quruluşu müxtəlif bitkilərdə fərqlidir. Ən iri zülal törəməsi yağlı bitkilərdən gənəgərçəkdə olur. Bəzi bitkilərdə nüvədə də zülal törəməsinə rast gəlinir. Bunlar intrenuklear zülal adlanır. Belə zülal törəməsinin miqdarı bəzən 100-dən çox olur. Hüceyrənin bölünməsindən əvvəl zülal kristalları sitoplazmaya düşür, orada əriyib həll olur, qız nüvələr əmələ gələndən sonra yenidən nüvədə toplanır. Sekretor törəmələr – əsasən vəzi hüceyrələrində qranulalar şəklində rast gəlinir. Sekretlər elə törəmələrdir ki, onlar hüceyrələrdən hər hansı bir orqana və ya qana ifraz edilir və hüceyrənin həyat fəaliyyəti prosesində spesifik, xüsusi rol oynayır. Endokrin vəziləri hüceyrələrində sekretor törəmələr hormonlar olub, onların hər birinin oqranizmin inkişafında xüsusi əhəmiyyəti var. Həzm sistemi hüceyrələrində sekretor törəmələr həzm fermentləridir ki, onlar qidanın həzmində xüsusi rol oynayır. 131 Sekretor törəmələrə piy vəzilərinin ifraz etdiyi yağ törəməsini də aid edirlər. Belə ki, bu yağ törəməsi piy vəzisinin axacağına daxil olaraq dəri epidermisini və tükləri yağlayır. Odur ki, bu yağ törəməsi trofik yağ törəməsindən fərqlənir. Kimyəvi təbiətinə görə sekretor törəmələr zülal, polisaxarid, lipoproteid, qlikoproteid və s. ola bilərlər. Bitkilər aləmindəki hormonlar fitohormonlar adlanır və bitki hüceyrəsinin protoplastında sintez olunur. Onlar bitki hüceyrəsinin qılafından keçmək xüsusiyyətinə malik olub, müxtəlif prosesləri şiddətləndirə və requlə edə bilirlər. Məs: hüceyrənin bölünməsini, onların böyüməsini, orqanların formalaşmasını və s. Belə hormonlardan auksin, heteroauksin, hibberellini göstərmək olar. Bunlar boy hormonları da adlanır. Boy hormonları bitkilərin boy nöqtəsi hüceyrələrində sintez olunur, oksigen və qida maddələrinin bitkinin rüşeym toxuması hüceyrələrinə axmasını təmin edir. Sonra auksinlər bitkinin gövdəsi ilə aşağı hərəkət edərək differensiasiyaya uğramayan hüceyrələrin uzanmasına, bununla buğum aralarının uzanmasına, səbəb olur. Hazırda auksinlərlə yanaşı fusarium göbələklərindən alınan hiberellinlə bitkinin boy nöqtəsinə təsir etməklə gövdələrin uzanmasına, toxumaların sakitlik halından çıxmasına və s. nail olurlar. Spesifik törəmələrə – piqmetlər, vitaminlər, fermentlər aiddir. Piqmentlər kimyəvi cəhətcə müxtəlif təbiətli olurlar. Ancaq onları ümumiləşdirən bir cəhət var ki, o da onların canlı orqanizmdə olan təbii rəngləridir. Heyvan orqanizmlərində əsasən aşağıdakı piqmentlər olur: melanin, malyariya piqmentli lipofussin, bilurubin, hemin, hemosiderin, hemotoidin və s. Melanin, qonur, qara rəngli piqment olub zülal təbiətlidir. Yağlı həll edicilərdə üzvi və qeyri-üzvi turşularda həll olmur. Oksidləşdirici maddələrin təsirindən (hidrogen peroksidi, xlor suyu) rəngsizləşir və gümüş duzlarını bərpa edir. Melanin piqmenti yumru, şar, topalar, çubuq şəklində olur. Melanin dəridə, beyində, daxili orqanlarda, gözdə piqment epitelisində və s. rast gəlir. Malyariya piqmenti melanindən turşu və qələvilərdə həll olması ilə həmçinin gümüş duzlarını bərpa etməsi ilə fərqlənir. Lipofussin piqmentinin tərkibində yağlı maddələr olur. Sarı, narıncı rəng verir, yağlı həll edicilərdə həll olur. Lipofussin damlalar, 132 kiçik dənələr şəklində hüceyrədə mövcud olur. Əsasən sinir hüceyrələrində xüsusilə sinir hüceyrələrinin qocalması ilə əlaqədar olaraq toplanır. Odur ki, onu bəzən qocalıq piqmenti də adlandırırlar. Bu piqment balıqlarda, amifibilərdə və digər heyvanlarda da rast gəlir. Həmin piqment qana qırmızılıq verən, hemoqlobinin tərkibində olur. Hemosiderin və hemotoidin hemoqlobinin çevrilməsindən əmələ gəlir. Adətən qırmızı qan cisimciklərinin parçalandığı orqanlarda olur. Dalağa, qaraciyərə, böyrəyə qəhvəyi rəng verir. Ümumiyyətlə hemotoidin və hemosiderin sarı, qəhvəyi, boz rənglər verirlər. Piqmentlər adətən sitoplazmaya toplanır, bəzən çox nadir hallarda nüvədə də müşahidə edilir. Bitki hüceyrələrində piqmentlər adətən plastidlərlə (xloro və xromoplastlar) əlaqədardır. Bitkinin yaşıl hissələrinin hüceyrələrində xlorofillə yanaşı karotinoidlər də olur. (Həmin piqmentlər haqqında orqanoidlər bəhsində ətraflı məlumat verilib). Bundan başqa bitki hüceyrələrinin hüceyrə şirəsində antosian və ona yaxın piqmentlər olur. Antosianın hüceyrəyə verdiyi rəng hüceyrə şirəsinin PH-dan asılı olur. Antosian turş mühitdə qırmızı, qələvi mühitdə göy rəng verir. Çiçəklərin, meyvə köklərinin, meyvələrin və s. rənglənməsində piqmentlər xüsusi əhəmiyyətə malikdir. Vitaminlər – hüceyrələrdə bizə məlum olan vitaminlərin əksəriyyəti vardır. Vitaminlər bioloji fəal maddələr olub, maddələr mübadiləsində bilavasitə iştirak etmirlər. Lakin onların çatışmaması maddələr mübadiləsinin normal gedişini pozur. Bununla əlaqədar olaraq orqanizmdə müxtəlif xəstəliklər baş verir. Vitamin çatışmaması ilə baş verən xəstəliklər, orqanizm həmin vitaminləri aldıqda aradan götürülür. Hüceyrələrdə A vitamini, B qrupu vitaminləri (B1, B5, B6, B4, B12) J, D, PP, E və s. vitaminlər vardır. Orqanizmlərdə A vitamini ancaq karotinin iştirakı ilə sintez olunur. Odur ki, karotinlərə A provitamini də deyilir. B qrupundan olan vitaminlər hüceyrələrdə çatışmadıqda hüceyrənin karbohidrat mübadiləsi pozulur. Daha doğrusu karbohidratlar mübadilənin son məhsulu olan H2O və CO2-yə qədər parçalanmayaraq aralıq maddəsi süd turşusu (C3H6O3) əmələ gətirirlər ki, onlar da sinir uclarına qıcıqlandırıcı təsir edərək əsəbilik, yorğunluq və s. əlamətlər yaradırlar. Orqanizmin B vitamininə olan tələbatı ödənildikdə həmin proseslər aradan çıxır. C vitamini və ya askarbin turşusu oksidləşdirici, bərpaedici reaksiyaların normal 133 gedişində böyük rol oynayır. D vitamini orqanizmdə duz mubadiləsini xüsusilə fosfor və kalsium mübadiləsini tənzim edir. K vitamini qanın normal laxtalanmasında iştirak edir. Beləliklə vitaminlərdən hər biri bu və ya digər prosesin normal gedişini təmin edir. Fermentlər – zülal təbiətli biokatalizatorlar olub, oksidləşdirici, reduksiyaedici, hidralitik, katalitik və s. proseslərdə iştirak edirlər. Hazırda hüceyrədə 1000-dən çox ferment olması məlumdur. Bütün fermentlər öz təsirinə görə hidrolitik və desmolitik olmaqla iki qrupa bölünür. Hidrolitik fermentlər iri molekullu üzvü maddələrin parçalanmasında iştirak edirlər. Onlar üzvü maddələrdəki peptid, amin, mürəkkəb efir, qlükozid və s. rabitələri parçalayır və onların iştirakı ilə hüceyrədaxili mübadilə gedir. Bu fermentlərin iştirakı ilə hüceyrədə enerji yaranır. İstifadə olunmayan enerji ehtiyat halında hüceyrələrdə saxlanır. Desmolitik fermentlər isə hidrolitik fermentlərdən fərqli olaraq öz fəaliyyətləri üçün enerji tələb edirlər. Bu fermentlər (oksidləşdirici-bərpa edici) tənəffüs, qıcqırma kimi prosesləri idarə edirlər. Bütün bunlardan başqa xüsusi törəmələrə fitohormonlar da aiddir. Onlardan auksin, heteroauksin, hiberellini göstərmək olar. Bunlar boy hormonları da adlanırlar. Boy hormonları bitkilərin boy nöqtəsi hüceyrələrində sintez olunur, oksigenin və qida maddələrinin bitkinin rüşeym toxuması hüceyrələrinə axmasını təmin edir. Sonra auksinlər bitkinin gövdəsi ilə aşağı hərəkət edərək, differensiasiyaya uğramayan hüceyrələrin uzanmasına bununla buğumaralarının uzanmasına səbəb olur.
Dostları ilə paylaş: |