Qəza-xilasetmə işləri dedikdə


Digər təxirə salınmaz tədbirlər dedikdə



Yüklə 0,58 Mb.
səhifə2/11
tarix22.12.2022
ölçüsü0,58 Mb.
#77275
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
Digər təxirə salınmaz tədbirlər dedikdə—qəza-xilasetmə işlərinin hərtərəfli təmin olunması, FH zərərçəkmiş əhaliyə tibbi yardım və başqa yardımların edilməsi, insanların sağlamlığı və həyatını, əmək qabiliyyətini təmin edən minimal şəraitin yaradılması başa düşülür.
Real şəraitdə qəza-xilasetmə və digər təxirə salınmaz tədbirləri bir-birindən ayırmaq çətindir və bu bölgü şərtidir. Qısa olaraq həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər təxirə salınmaz tədbirlər)
Xİ və DTT adətən, gecə-gündüz, hər bir havada fasiləsiz olaraq aparılır. Böyük qəzalar və fəlakətlər zamanı Xİ və DTT işlərinin həcmi böyük olduğu üçün işlər 2-3 növbədə təşkil olunur. Növbələr birbaşa iş yerlərində dəyişdirilir. Bu zaman ağır mühəndis texnikası ərazidən çıxarılmır, yeni gələn növbəyə iş yerində təhvil verilir. FH nəticələri o zaman aradan qaldırılmış hesab olunur ki, insanların həyatına və sağlamlığına təhlükə yaradan amillər aradan qaldırılmış olsun və ya, təsiri minimal səviyyəyə qədər endirilsin.
FH nəticələrinin aradan qaldırılması fövqəladə hal zonasındakı bütün vətəndaşlar və təşkilatları üçün məcburidir.
Zədələnmə ocaqlarında və fəlakət rayonlarında aparılan xilasetmə işlərinin növləri.
Mülki müdafiənin ən mürəkkəb və məsul vəzifələrindən biri – dinc və müharibə dövrlərindəki fövqəladə halların nəticələri aradan qaldılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsidir. Bu işlər düşmən basqını nəticəsində yaranan zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət və güclü qəza rayonlarında adamları xilas etmək, onlara yardım gösətrmək və qəzaların nəticələrini məhdudlaşdırmaq məqsədilə görülür.
Qəza-xilasetmə işlərinə daxildir:

  • Hərəkət marşrutu yollarının və iş yerlərinin kəşfiyyatı;

  • Hərəkət ediləcək yollarda və iş yerlərində yanğınların söndürülməsi;

  • Xilasetmə işlərinin aparılmasına mane ola biləcək mümkün amillərin aradan qaldırılması;

  • Zədələnmiş, xarabalığa çevrilmiş, yanan binalardan, su basmış, qaz və tüstü ilə dolmuş, çökmüş otaqlardan zədələnmişlərin axtarışı və tapılıb çıxardılması;

  • Zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilməsi və onların tibb müəssisələrinə köçürülməsi;

  • Təhlükəli zonalardan əhalinin çıxarılması;

  • İnsanların sanitar təmizlənməsi, heyvanların veterinar təmizlənməsi, texnikanın, mühafizə və geyim vasitələrinin dezaktivasiyası, dezinfeksiyası və deqazasiyası, ərazinin və tikililərin, ərzağın, suyun, ərzaq xammalın və yemin zərərsizləşdirilməsi.

Digər təxirəsalınmaz işlər isə, xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək, habelə fəlakətin genişlənməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə deyilir.

Digər təxirəsalınmaz işlərə aiddir:



  • uçqunlarda və zəhərlənmə baş vermiş sahərlərdə maşın yolu və keçidlərin düzəldilməsi;

  • qaz, elektrik, texnoloji şəbəkələrdə, su, kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması;

  • xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğü və konstruksiyaların bərkidilməsi;

  • yaxud dağıdılmış – zədələnmiş rabitə, işıq, su xətlərinin müvəqqəti bərpa edilməsi və s. kimi işləri aid etməkolar.

Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da buradakı bina və qurğuların zədələnməsinin xarakterinə görə nüvə zədələnməsi ocağı ilə müqayisə etmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin balla maksimal fəallığı götürülür.
Dağıntı ocağında xilasetmə işlərini təşkil edən şəxs yaranmış vəziyyəti şəxsən öyrənir, adamları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını təmin edir, dəstələrə tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin