6.KÜR DAŞQINI ZAMANI DƏYƏN ZİYANIN ARADAN QALDIRILMASI
2010-cu ilin may və iyun aylarında Kür və Araz çaylarında baş vermiş daşqınlar və qrunt sularının səviyyəsinin qalxması nəticəsində respublikanın 11 rayonu ərazisində subasmaya məruz qalmış minlərlə fərdi yaşayış evi və sosial obyektlərin bərpası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197s və sonradan dürüstləşdirilmiş 08 avqust 2011-ci il tarixli 231s nömrəli sərəncamları ilə 252140 min manat, Azərbaycan Respublikası Prezidentinin 29 may 2012-ci il tarixli 2114 saylı sərəncamı ilə işlərin başa çatdırılması üçün 50000,0 min manat,30 noyabr 2011-ci il tarixli 389s sərəncamı ilə 18000,0min manat və digər sərəncam və göstərişlərə əsasən, cəmi 323557,2 min manat ayrılmış vəsait üzrə işlərin görülməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyinə Nəzarət Dövlət Agentliyinin TOOBM-nin xətti ilə yerinə yetirilmişdir.
Təbii fəlakət nəticəsində ziyan dəymiş tikililərin (fərdi yaşayış evləri və sosial obyektlərin) siyahısının hazırlanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197s nömrəli Sərəncamına müvafiq olaraq müxtəlif nazirliklərin nümayəndələrindən ibarət yaradılmış sahə komissiyaları tərəfindən ərazilərə baxış-müayinələr həyata keçirilmişdir.
2 010-cu ilin sentyabr ayından tikinti işlərinə start verilmişdir. Ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzinə həmin evlərin sakinlərinə 5 rayon ərazisində (Saatlı, Salyan, Sabirabad, İmişli və Zərdab) zəruri sosial infrastruktur obyektləri ilə birlikdə (məktəb, uşaq baxçası, tibb və poçt məntəqələri, elektrik, su, təbii qaz və istilik təchizatı, 112500 m2 asfalt beton örtük və abadlaşdırma işləri, 13 ədəd yeraltı su rezervuarı, 18600 m sahədaxili su kəməri, 4250 m yeraltı drenaj sistemi, 5100 m qəsəbədaxili supaylayıcı şəbəkə, 750 m yüksək gərginlikli və 4200 m 4 kv-lıq hava xətti naqilləri və s.) müasir standartlara uyğun 5 yeni qəsəbə salınmışdır.
Dostları ilə paylaş: |