IV. Maliyyə resursları. İqtisadi ədəbiyyatlarda “resurs” (fransızca – ressurces) dedikdə pul vəsaitləri, qiymətlilər, ehtiyatlar, daxilolmalar və s. başa düşülür. Daha ümumi mənada “resurs”a tələbatların ödənilməsi və fondların formalaşmasının mənbəyi qismində çıxış ehtiyat kimi baxılır. Burada maliyyə, büdcə, kredit, valyuta, bank və depozit resurlsarı fərqləndirilir.
Beləliklə, maliyyə münasibətləri öz maddi məzmununa görə məqsədli pul vəsaitləri fondlarından ibarətdir, maliyyə resursları isə maliyyə münasibətlərinin maddi daşıyıcısıdır.
Maliyyə resursları əsasən pul fondlarının tərkib hissəsi olmaqla, fond formasında yaradılır. Maliyyə ehtiyyatları qeyri-fond formasında da yaradıla bilər.
Maliyyə resursları mərkəzləşdirilmiş fondlara (dövlət büdcəsi, büdcədənkənar fondlar) və qeyri-mərkəzləşdirilmiş maliyyə resurslarına (müəssisələrin pul vəsaitləri fondlarına) bölünür.
Maliyyə resursları ümumi daxili məhsulun və milli gəlirin bölüşdürülməsi prosesində yaradılır. Ümumdövlət səviyyəsində (makro səviyyədə) mərkəzləşdirilmiş maliyyə resurslarının (mərkəzləşdirilmiş fondlar) formalaşmasının birinci və əsas mənbəyi milli gəlirdir.
Milli gəlirin bir hissəsi müəssisədə formalaşır və onun sərəncamında qalır, yəni mikrosəviyyədə qeyri-mərkəzləşdirilmiş fondlar yaradılır ki, bu da müəssisədə istehsal məsrəflərinə istifadə edilir.
Dövlətin maliyyə resurslarının formalaşmasının başlıca mənbələrindən biri kimi istehsal sferası müəssisə və təşkilatlarının pul gəlirləri çıxış edir. Onlara hər şeydən əvvəl izafi məhsulun dəyərinin bir forması olan mənfəət aiddir.
Bir qayda olaraq maliyyə resurslarının həcmi milli gəlirdən çoxdur, ona görə ki, maliyyə resursları izafi məhsulun dəyəri və zəruri məhsulun bir hissəsindən başqa amortizasiya ayırmalarını da özünə daxil edir.
Maliyyə resurslarının formalaşmasının ikinci əhəmiyyətli mənbəyi əsas istehsal fondlarının dəyərinin bir hissəsi hesabına formalaşan amortizasiya fondudur.
Mərkəzləşdirilmiş maliyyə resursları - xalis gəlirin vergi, vergi olmayan ödənişlər və ayırmalar vasitəsilə yenidən bölgüsünün nəticəsidir.
Yuxarıda göstərilənlərdən başqa mərkəzləşdirilmiş maliyyə resurslarının formalaşması mənbəyi mərkəzləşdirilmiş dövlət sosial sığorta, əmlak və şəxsi sığorta fondlarına, müxtəlif büdcədənkənar fondlara müəssisələrin ayırmaları ola bilər.
Bundan başqa, mərkəzləşdirilmiş maliyyə resursları təsərrüfat dövriyyəsinə cəlb edilmiş milli sərvətin bir hissəsi hesabına (ölkənin qızıl ehtiyatlarının, enerji daşıyıcılarının satışından, xarici iqtisadi fəaliyyətdən daxilolmalar və s.) və habelə dövlət qiymətli kağızlarının (istiqraz, borcların yerləşdirilməsindən və s.) satışından əldə edilən vəsaitlər hesabına formalaşır.
Mərkəzləşdirilmiş maliyyə resurslarının çox az bir hissəsi əhalidən daxilolmalar hesabına (vergilər, rüsumlar, istiqrazlar və lotoreyalardan daxilolmalar) yaradılır. Bazar münasibətlərinə keçilməsi ilə ələqədar olaraq maliyyə resurslarının bu mənbəyi durmadan artır.
Mərkəzləşdirilmiş maliyyə resursları əsasən dövlət büdcəsində, büdcədənkənar fondlarda, əmlak və şəxsi sığorta fondlarında cəmləşdirilir.
Maliyyə resurslarına habelə dövlət pul ehtiyatları kimi (nizamnamə, ehtiyat və digər fondlar şəklində Mərkəzi Banka təhkim edilmiş) Mərkəzi Bankın kredit resurslarını da daxil etmək məqsədə uyğundur.
Beləliklə, dövlətin maliyyə resursları - dövlətin, müəssisələrin, təşkilatların və əhalinin sərəncamında olan, geniş təkrar istehsal üçün nəzərdə tutulmuş pul vəsait fondları və daxilolmalardır. Maliyyə resurslarının əsas mənbəyi milli gəlir, mülkiyyət formasından asılı olmayaraq təşkilatların mənfəəti, amortizasiya fondu və sığorta fondlarıdır.
Müəssisənin maliyyə resursları - konkret təsərrüfat subyektinin sərəncamında olan bütün pul vəsaitlərinin və daxilolmaların məcmusudur. Maliyyə resursları müəssisənin gəlirlərinin əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsi prosesini əks etdirir.
Müəssisə səviyyəsində maliyyə resursları məqsədli təyinatlı pul fondlarının (əməyin ödənilməsi fondu, istehsalın inkişafı fondu, maddi mükafatlandırma fondu və s.) yaradılmasına, dövlət büdcəsi, banklar, malverənlər, sığorta orqanları və digər müəssisələr qarşısında öhdəliklərin yerinə yetirilməsinə istifadə edilir. Maliyyə resursları habelə xammal, material alınmasının, əməyin ödənilməsinin maliyyələşdirilməsi və s. üçün istifadə edilir.
Müəssisənin maliyyə resursları müəssisənin xüsusi vəsaitləri və cəlb edilmiş vəsaitlər hesabına formalaşır.
Müəssisədə maliyyə resurslarının formalaşmasının əsas mənbəyi mənfəətdir.
Məhsul (iş, xidmət) satışından daxilolmalar
Büdcə vəsaitləri
Kommersiya təşkilatlarının maliyyə resursları
Satışdankənar gəlirlər
Sair reallaşmadan daxilolmalar
Təşkilat birliyinin daxilində bölgü qaydasında daxil olan vəsaitlər
Dostları ilə paylaş: |