Qilman eyvazov iNTİqam əSGƏrov


köçəri piyadanın döyüş maşını



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə43/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

köçəri piyadanın döyüş maşını
təyin oluna bilər.
Köçəri piyadanın döyüş maşını atəş mövqelərini dəyişərək düşmənə atəş 
açır. Döyüş tapşırığını yerinə yetirəndən sonra o, əsas atəş mövqeyini tutur və 
ya taqım komandirinin göstərişinə əsasən fəaliyyət göstərir. 
Motoatıcı taqımın döyüş düzülüşü
Düşmən
Q
qayda
Taqımın dayaq məntəqəsi manqaların döyüş mövqeyi, taqımın komanda­mü­
şahidə məntəqəsi, bölmələrin atəş mövqeyindən və döyüş maşınları qrupunun 
yerləşmə rayonundan ibarətdir.
Q
qayda
Köçəri piyadanın döyüş maşını taqımın atəş vasitələrinin sayı və onların yerləş­
məsi barədə düşməndə yanlış fikir yaratmaq məqsədi daşıyır. Kö çəri piyadanın 
döyüş maşınının atəş mövqeyi döyüş tapşırığı və ərazini nəzərə almaqla seçilir.
69
Layih
ə


70
Taqımların dayaq məntəqələrinin arası 300 m-ə, manqaların döyüş möv-
qelə rinin arası isə 50 m-ə qədər ola bilər. Bu aralar daima müşahidə olunur
atəş və mühəndis maneələri ilə qorunur. Ərazinin xüsusiyyətlərinə və şəraitə 
görə bu məsafələr dəyişə bilər.
Motoatıcı taqımın dayaq məntəqəsinin cəbhəsi boyu bütöv səngər qazılır. 
Bu, manqaların döyüş mövqelərinin birləşdirilməsi üçündür. Səngərlərdən döyüş 
maşınlarına və müdafiənin dərinliyinə əlaqə yolları qazılır, şəxsi heyət üçün 
sığınacaqlar quraşdırılır. 
Düşmən artilleriyasının atəşlərindən və aviasiyasının zərbələrindən itkilərin 
azaldılması üçün səngərlər və əlaqə yollarında örtülü sahələr, blindaj lar və sığı-
nacaqlar qurulur. 
Atəş sistemi
taqımın bütün atəş vasitələrinin maneələrlə sıx əlaqədə olması 
ilə təşkil edilir. Bu zaman mühəndis və təbii maneələr hər tərəfdən müşahidə 
olunmalı, atəş altında saxlanılmalıdır.
Atəş sistemi düşmənin ön xəttin qarşı sında, manqaların ara boşluqlarında, 
dayaq məntəqəsinin cinahlarında məhv edilməsini təmin etməlidir.
Bütün atəş vasitələri gecə-gündüz və digər məhdud görmə şəraitində atəş 
açmağa, atəşlə manevr etməyə hazır olmalıdır.
Atəş sisteminin effektivliyi atəş mövqelərinin düzgün seçilməsi ilə bağlıdır. 
Hər bir atəş vasitəsi üçün əsas və ehtiyat atəş mövqeləri hazır lanır.
Atəş mövqeləri ərazi şərtlərinə uyğun elə seçilir ki, düşmənin müşahidəsini, 
atəş vasitələrindən maksimum uzağa atəş aparılmasını təmin etsin.
Piyadanın döyüş maşınları və zirehli transportyorlar taqımın dayaq məntə-
qəsində elə yerdə atəş mövqeləri tutur ki, cinahlara və ara boşluqlarına atəş 
apara bilsinlər. 
Taqımın və manqaların atəş zolaqları sağ və sol sərhədlərlə müəyyən edilir. 
Hər bir sərhəd iki nöqtə (oriyentir) ilə göstərilir. Piyadaların döyüş maşınlarına 
(zirehli transportyora) və pulemyotlara əsas və ehtiyat atəş sektorları təyin 
olunur. Atəş zolaqları (atəş sektorları) bir-birini örtməlidir.
Q
qayda
Bir hədəfə və ya düşmənin döyüş düzülüşünün bir hissəsinə bölmənin bütün 
atəş vasitələri ilə eyni vaxtda aparılan atəşə cəmləşdirilmiş atəş deyilir. Taqıma 
1­2 cəmləşdirilmiş atəş sahəsi təyin edilir.
Q
qayda
Müdafiədə atəşin təsirli olması üçün o, sərrast və kütləvi olmalı, qəfil tətbiq edil­
məli və bacarıqla idarə olunmalıdır.
Layih
ə


71
Taqım komandiri piyadaların döyüş maşınlarının (zirehli transportyorların) 
atəş mövqelərini şəxsən müəyyən edir. O, döyüşü komanda-müşahidə mən-
təqəsindən idarə edir. 
Düşmən hücumun atəş hazırlığını keçirən zaman taqımın şəxsi heyəti örtülü 
oyuqlarda, piyadaların döyüş maşınlarında (tanklarda), qazmalarda, səngər-
lərin dibində gizlənir. Onlar tez bir vaxtda öz mövqelərini tutmağa və düşmən 
həmləsini dəf etməyə hazır olurlar.
Taqım komandiri və müşahidəçilər düş mənin hücuma keçməsini vaxtında 
aşkar etmək üçün müşahidə aparırlar. 
İrəlidə fəaliyyət göstərən bölmələr geri çəkiləndə taqım öz atəşi ilə onları 
dəstəkləyir. Müdafiənin qarşısında qurulan maneələrdə hazır lanmış keçidlər dən 
onların buraxılmasını təmin edir. Bundan sonra isə keçidlər dərhal bağlanır. 
Taqımın silahlarının və əmrə verilmiş atəş vasitələrinin effektli atəş məsa-
fəsinə yaxınlaşan düşmənə atəş açılır. 
Düşmənin komandir maşınları və mina tralı ilə təchiz olunmuş zirehli tex-
nikası, ilk növbədə, məhv edilir.
Düşmən müdafiənin ön xəttinə çıxma mış taqım onun hücumunu pozmağa 
nail olmalıdır. 
Düşmənin müdafiənin ön xəttinin qarşısında olan maneələrdən keçidlər 
açdığı aşkar olunduqda atəş vasitələri ilə bu istiqamətə manevr həyata keçirilir.
Taqımın dayaq məntəqəsinə soxulmuş düşmən qumbaralar, yaxından atəş 
və əlbəyaxa döyüşlə, səngəri keçmiş tanklar isə arxadan və cinahlardan tank 
əleyhinə qumbaralarla məhv edilir. 
Düşmən dayaq məntəqəsini yandan ötüb-keçdikdə taqım dairəvi müdafiəyə 
keçir, tutduğu mövqeləri möhkəm saxlayaraq əsas və ehtiyat mövqelərdən atəş 
açmaqla onları məhv edir. 
İkinci eşelon motoatıcı taqımı, birinci eşelon taqımı kimi, dayaq məntəqəsini 
hazırlayır və müdafiə edir.
Düşmənin döyüş maşınlarının, tank əleyhinə atəş vasitələrinin effektli atəş 
məsafəsinə çatması ilə atəş açılır, onun ön xəttin qarşısına çıxmasına imkan 
verilmir.
Q
qayda
Müdafiədə taqım düşmənin hücumlarını dəf etməyə daim hazır olur. Kəş fiyyat 
apar mağa, maneələrdən keçid açmağa çalışan düşmən, adətən, növ bətçi atəş 
vasitələri və snayperlər tərəfindən məhv edilir.
Layih
ə


Taborun ehtiyatını təşkil edən taqım müdafiəyə soxulmuş düşmə nin hücu-
munu dəf etməyə, döyüş qabiliyyətini itirmiş birinci eşelon bölmələrini güclən-
dirməyə (dəyişməyə) və həmlə edən düşməni məhv etməyə hazır olur.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin