9. TAQIM HÜCUMDA Motoatıcı taqım bölüyün tərkibində hücuma keçir. Taborun və ya bö lüyün ehtiyatını
təşkil edə, döyüş kəşfiyyatı dozorunda fəaliyyət göstərə bilər.
Motoatıcı taqımın hücumda fəaliyyətini necə təsəvvür edirsiniz? Hücumun atəş hazırlığının gedişində taqımın döyüş maşınları düşmənin gö -
rünən atəş nöqtələrini məhv etmək üçün ayrıla bilər.
Şəraitdən və döyüş tapşırığından asılı olaraq motoatıcı taqıma qumba ra-
atan, tank əleyhinə bölmə və digər atəş vasitələri verilir. Müstəqil tapşırıq yerinə
yetirdikdə isə mühəndis bölməsi də ayrılır. Bu bölmə mühəndis kəşfiyyatının
aparılması, maneələrdə keçidlərin açılması və s. üçün istifadə olunur.
Taqımın hücumuna aşağıdakı taktiki tapşırıqların ardıcıl yerinə yetirilməsi
daxildir:
X
hücum üçün çıxış mövqeyinin tutulması;
X
hücuma keçmə həddinə irəliləmə;
X
mühəndis və təbii maneələrin dəf edilməsi;
X
müəyyən olunmuş həmlə obyektinə hücum və onun ələ keçirilməsi;
X
müdafiənin dərinliyində düşmənin təqib edilməsi.
Dərinlikdən irəliləməklə hərəkətdən hücuma keçmə düşmənin hazırlıq-
sız müdafiəsinə bölmələrin hərəkətdən həmlə üçün açılması ilə başlayır.
Bölmələrin mütəşəkkil irəliləməsi və düşmən üzərinə eyni vaxtda həmlə
etməsinə nail olmaq üçün aşağıdakılar təyin edilir:
X
irəliləmə marşrutu;
X
çıxış məntəqəsi, açılma hədləri;
X
hücuma keçmə həddi.
Taqım
300 m-ə qədər cə
-
bhədə hücuma keçir. Taborun
və ya bölüyün ehti yatı olan ta-
qıma hücumun gedişində hərə-
kətin istiqaməti və hərəkət qay
-
dası göstərilir.
Q qayda
Motoatıcı taqıma hücumda həmlə
obyekti və hücumun sonrakı is
tiqaməti təyin edilir.
Layih
ə