Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə46/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Taqım marşda
Marş, adətən, gecə və digər məhdud görmə şəraitində, döyüş əməliyyatları-
nın gedişində, qoşunların uzaq dərinliyində isə gündüz yerinə yetirilir. O, cəb-
həyə doğru, cəbhə boyu və ya cəbhədən arxaya doğru keçirilə bilər.
Motoatıcı taqım bir kalonla, maşınlar arasında 25–50 m-lik məsafə olmaqla 
marşı yerinə yetirir. Açıq yerlərdə, düşmənin yüksək dəqiqlikli silah tətbiqetmə 
təhlükəsi olan şəraitdə, tozlu yollarda, məhdud görmə şərai tində, çox dik eniş 
və ya yoxuşu, sərt döngələri olan yollarda, eləcə də yüksək sürətlə hərəkət 
zamanı döyüş maşınları arasındakı distansiya 100–150 m-ə qədər ola bilər.
Marş zamanı orta hərəkət sürəti böyük rəis tərəfindən yol şəraiti, silah və 
texnikanın imkanları nəzərə alınmaqla müəyyən edilir. Bütün hallarda marş 
şəraitə uyğun maksimal sürətlə yerinə yetirilməlidir.
Q
qayda
Motoatıcı taqımın döyüş düzülüşünə motoatıcı manqalar daxildir.
Döyüş tapşırığından, ərazidən və digər şərtlərdən asılı olaraq motoatıcı taqımın 
döyüş düzülüşünə döyüş maşınları, keçidaçma və ələkeçirmə qrupları da daxil 
ola bilər.
Q
qayda
Marş göstərilən rayona təyin olunmuş vaxtda, tam tərkibdə və verilən tapşırığın 
icrasına hazır vəziyyətdə çıxmaq üçün qoşunların mütəşəkkil yer dəyişməsidir.
Q
qayda
Marş zamanı taqımın orta hərəkət sürəti piyadanın döyüş maşınlarında 
20–25 km/saat, avtomobillərdə 25–30 km/saat (dağlıq ərazidə 15–20 km/saat), pi­
yada 4–5 km/saat təyin olunur.
Layih
ə


76
Şəxsi heyətin qida qəbulu, istirahəti, texnikaya texniki xidmət, təmir, texni-
kanın yanacaqla doldurulması üçün dincəlmə rayonları təyin edilir. 
Marşa hazırlıq zamanı maşınların, silahın, gecəgörmə cihazlarının, rabitə 
vasitələrinin sazlığı yoxlanılır.
Taqım komandiri marşda, adətən, taqımın kolonunun başında gedir. Marşda 
taqımın idarə olunması təyin edilmiş siqnallar və komandalar vasi təsilə həyata 
keçirilir. Radiostansi ya lar yalnız qəbul rejimində işləyir.
Gecə vaxtı maşınlar gecəgörmə cihazları, yaxud işıq maskalanma qurğula-
rından istifadə etməklə hərəkət edir.
Düşmənin hava basqını zamanı taqım hərəkət sürətini və maşınlar ara-
sındakı məsafəni artıraraq irəliləməni davam etdirir. 
Hava hədəflərinə atəş aparmaq üçün ayrılmış atəş vasitələri atəş açmağa 
hazır laşır. Düşməninin hava hücumunu taqım komandirinin komandası ilə və 
ya müstəqil qaydada açılan atəşlə dəf edirlər.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin